Avropadan Ermənistana növbəti zərbə - Səməd Seyidovdan Avropa İttifaqı Şurasının qərarına şərh
14-05-2020 [15:52]
May ayının 11-də Avropa İttifaqı (Aİ) Şurasının 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı (ŞT) siyasəti ilə bağlı yekun qərarı dərc edilib.
Mia.az Aİ üzv dövlətlərinin və Aİ Şurasının ŞT-nin gələcəyi ilə bağlı mövqeyini əks etdirən bu qərarın şərh üçün AR Milli Məclisinin Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA nümayəndə heyətinin rəhbəri Səməd Seyidova müraciət edib.
Millət vəkili Mia.az-a açıqlamasında hazırda dünyada baş verən və bir çox ölkələrin siyasi və iqtisadi nüfuzunu sarsıdan pandemiyanın informasiya gündəmini zəbt etməsindən dolayı bəzi məsələlərə yetərincə diqqət yetirilmədəiyini vurğulayıb:
“Lakin may ayının 11-də Avropa İttifaqı (Aİ) Şurasının 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı (ŞT) siyasəti ilə bağlı yekun qərarı diqqətdən kənarda qalan məsələlər sırasında deyil. Belə ki, bu qərar çox ciddi əhəmiyyət kəsb etməklə yanaşı, həm də Ermənistana, eləcə də onun destruktiv siyasətinə Aİ tərəfindən güclü bir zərbə kimi qiymətləndirilməlidir”.
Millət vəkilinin sözlərinə görə, söhbət ŞT proqramı çərçivəsində ölkələrlə Avropa ittifaqının münasibətlərinin tənzimlənməsi və gələcəkdə ŞT üzv dövlətlərinin növbəti Zirvə görüşündə qəbul olunacaq sənədlərə dair tövsiyələrdən gedir.
“Biz, Azərbaycan olaraq həmişə beynəlxalq təşkilatlarla münasibətlərdə qanunun aliliyini, beynəlxalq qanunun, bu istiqamətdə Helsinki Yekun Aktının beynəlxalq sənədlərdə tətbiq olunmasına tərəfdar çıxmışıq. Azərbaycan olaraq heç bir siyasi konyekturadan asılı olmayaraq vahid yanaşma və ümumi beynəlxalq qanuna söykənən prinsiplərin mövcudluğunun əhəmiyyəti haqqında dəfələrlə çıxış etmişik və edirik. Məhz bu mövqe, bu yanaşma mayın 11-də Aİ Avropa İttifaqı Şurasının qərarın 2-ci bəndində ŞT-nin siyasi və hüquqi əsasları, o cümlədən ən vacib fəaliyyət prinsipləri əks olunur. Şura Avropa Qonşuluq Siyasətinin spesifik regional “ölçüsü” olan ŞT-nin strateji əhəmiyyətini bir daha vurğulayaraq, vahid demokratiya, rifah və sabitliyin ümumi məkanının qurulması ilə bağlı birgə öhdəliyi yenidən təsdiq edərək ərazi bütövlüyü, müstəqillik və suverenlik daxil olmaqla, beynəlxalq nizama, beynəlxalq hüquqa əsaslanan qaydalara söykənən Aİ ŞT əsas prinsiplərini təsdiq edir.
Bu sadəcə sözlər deyil, bu Aİ-nın ŞT proqramında olan ölkələr ilə münasibətlilərin tənzimlənmə prinsipləridir. bu prinsiplər bu şəkildə təqdim edilirsə bu Azərbaycan maraqlarına tam uyğun ,ermənilərə isə növbəti zərbədir.
Bundan başqa bir vacib məqama da bu qərarda diqqət yetirmək lazımdır. Paşinyan və onun ətrafında olan separatçılar uzun müddətdir ki, Qarabağ separatçılarının tərəf kimi danışıqlara cəlb olunmasına cəhd göstərirlər. Azərbaycan prezidenti dəfələrlə bu siyasətin iç üçünü açaraq məntiqsizliyini dünya ictimaiyyətinə təqdim etmişdir, bu gün isə bu qərara ilə danışıqlar formatının razılışadırılmış formada davam etdirtilməsi Aİ tərəfindən bir də təsdiq olunub. İndi özünüz qərar çıxarın, Aİ şurası ali bir orqandır. Aİ hər hansı bir proqram, o cümlədən ŞT proqramı daxil olan bir - ölkələrin ərazi bütövlüyünə müstəqilliyin, suverenliyinə hörmətlə və bu prinsipləri həyata keçirməklə pozulmuş, münaqişə nəticəsində zəbt olunmuş, işğal olunmuş torpaqların məsələsini razılaşdırılmış formatda öz həllini tapmalıdır, iki - Azərbaycanın xarici siyasətinin cənab prezidentin vurğuladığı məsələlərin bu beynəlxalq təşkilat tərəfindən dəstəklənməsi deməkdir. Nəhayət üçüncü Aİ Şurası və ŞT üzvü olan Azərbaycan ilə bütün sahələrdə geniş əlaqələri qurmaqda maraqlı və əlaqələrin genişlənməsinə inkişaf etdirilməsinə səy göstərilməsini bəyan etmişdir. Deməli ərazi bütövlüyünü tanıyan, razılaşdırılmış formatda danışıqları aparan Avropa birliyi ilə əlaqələrin təşkil olunması və yalnız Azərbaycan deyil, Aİ şurasını sənədlərdə də həllini tapmışdır. Bu zərbədir, Ermənistanın yalan böhtan əsasında aparılan destruktiv siyasətə böyük zərbədir. Biz bu istiqamətdə səylərimizi davam etdirməli və Avropanın beynəlxalq təşkilatlarında Azərbaycanın milli maraqlarını ən yüksək səviyyədə müdafiə etməliyik”, - deyə Səməd Seyidov bildiri
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir