“Ermənistanın təcavüzkar kimi məsuliyyətə cəlb edilməsi ilə bağlı araşdırmalar aparırıq” - İcma sədri

img

14-05-2020 [14:47]


“Ermənistan respublikasının təcavüzkar kimi məsuliyyətə cəlb edilməsi ilə bağlı araşdırmalar aparırıq”.

Bunu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev deyib.

“Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparan, o cümlədən Xocalı soyqırımını törədən şəxslərin beynəlxalq səviyyədə məhkəməyə cəlb edilməsi məsələsini araşdırırıq”, - deyə icma sədri bildirib.

Onun sözlərinə görə, yeni növ koronavirus pandemiyasına baxmayaraq, Ermənistan və onun əl altısı olan qanunsuz rejim atəşkəs rejimini pozaraq təxribat xarakterli hərəkətlərini davam etdirir.

Dağlıq Qarabağda keçirilmiş qanunsuz “seçkilər”ə diqqət çəkən T. Gəncəliyev qeyd edib ki, Ermənistan və onun əl altısı olan qanunsuz rejim insan həyatının onlar üçün nə qədər əhəmiyyətsiz olduğunu nümayiş etdiriblər.

O vurğulayıb ki, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının dialoq çağırışlarına erməni icması müsbət reaksiya verməyib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA