Rəsmi Bakı ABŞ-a etiraz məktubu göndərəcək - XİN-dən açıqlama

img

13-05-2020 [17:46]


"Təəssüflər olsun ki, bəzi hallarda bir çox ölkələrin həyata keçirdikləri layihələrdə beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin təhrif olunmasına rast gəlirik".

Mia.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahda bu gün keçirilən brifinqdə deyib.

XİN rəsmisi bildirib ki, Azərbaycan höküməti tərəfindən təhrifə yol verən ölklərlə əlaqə saxlanılaraq etiraz edilir və təhrif olunan xəritə aradan qaldırılır: "Ölkəmizin ABŞ-dakı səfirliyi tərəfindən aidiyyatı etiraz məktubu göndərilməsi nəzərdə tutulub". 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA