Vitse-spiker “Canavarı meşə çəkir..." deyərək, istefa verdi

img

13-05-2020 [16:53]


Polşa Senatı sədrinin müavini Stanislav Karçevski istefa verərək koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün həkim işləyəcəyini bildirib.

Məlumatı yerli "RMF24" yayıb

“Bu gündən Senat sədrinin müavini vəzifəsindən istefa verib, öz peşəmə qayıdıram. Ancaq siyasətdən getmirəm”, - o, bildirib.

Sədr müavini ixtisasca cərrah-həkimdir. O, Pilisa və Silezsk voyevodalığında həkim işləyəcək: “Canavarı meşə çəkir. Özümü balıq özünü suda hiss edən kimi hiss edirəm. Dostlar məni çox yaxşı qarşıladı”.

Qeyd edək ki, Polşada 17 062 nəfər koronavirusa yoluxub, 847 nəfər ölüb. 

Polşa sərhədlərinə nəzarəti və xarici ölkə vətəndaşlarının ölkəyə giriş qadağasını iyunun 12-dək uzadıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA