"Real"ın sabiq futbolçusu İspaniya polisi tərəfindən saxlanılıb

img

12-05-2020 [22:32]


"Real"ın sabiq futbolçusu Edvin Konqo İspaniya polisi tərəfindən saxlanılıb.

Məlumata görə, 44 yaşlı keçmiş hücumçu narkotika alveri ilə məşğul olmaqda şübhəli bilinir.

Polis əməliyyat zamanı 10 nəfəri yaxalayıb ki, onlardan biri də Konqodur. Şübhəli şəxslər hazırda nəzarətdədirlər. Yerli polis saxlanılanların kokain alverində iştirakını araşdırır.

Qeyd edək ki, Edvin Konqo 1999-2002-ci illərdə "Real"ın futbolçusu olsa da, icarə əsasında başqa klublarda çıxış edib/Apasport.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA