XİN atəşkəsin ildönümü ilə bağlı açıqlama yaydı: "Ermənistan silahlı qüvvələri günahsız mülki şəxsləri də hədəf alır”

img

12-05-2020 [12:35]


“Ermənistan və Azərbaycan arasında atəşkəsin əldə olunmasından 26 il ötür”.

Mia.az xəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsindəki açıqlamada deyilib.

Bildirilib ki, sülh prosesində Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirir: “Bununla yanaşı, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini müntəzəm pozaraq təkcə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini deyil, günahsız mülki şəxsləri də hədəf alır”

Xatırladaq ki, 1994-cü ilin may ayının12-də atəşkəslə bağlı “Bişkek protokolu” imzalanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA