Almaz Ələsgərova 47 yaşını qeyd etdi

img

07-10-2013 [15:14]


Əməkdar artist Almaz Ələsgərova 47 yaşını qeyd edib. Müğənni doğum gününün sevincini əzizləri və dostları ilə paylaşmaq üçün dünən axşam Bakı restoranlarının birində əməlli-başlı məclis düzəldib.

Özü və qızları haqqında çox söz-söhbətin gəzdiyini deyən müğənni gecədə mikrofonu əlinə alaraq gələn qonaqlara təşəkkür edib: "Kim haqqımda nə desə, yükü indən belə çox ağır olacaq. Mən bu gün də səhnədəyəm, heç yerə qaçmamışam. Hazırda isə fəaliyyətimi əks etdirənrəsmi internet saytım hazırlanır. Həmçinin tezliklə məni "Oğurlanmış arzular” teleserialında əsas rolların birində görəcəksiniz. Bu ad günümdə özüm-özümə nə arzulayıram? Arzum budur ki, pis insanlar məndən həmişə uzaq olsunlar”.

Qeyd edək ki, A.Ələsgərova 1966-cı il, oktyabrın 6-da Bakıda anadan olub."Bakı payızı-1988” estrada müsabiqəsinin laureatı kimi peşəkar səhnəyə qədəm qoyan müğənni şou-biznesdə öz dəsti-xəttini yaradıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib