Avropa Şurası “Şərq Tərəfdaşlığı”nın 2020-ci ildən sonrakı proqramını təsdiqləyib

img

12-05-2020 [10:19]


Avropa Şurası “Şərq Tərəfdaşlığı” proqramının strateji əhəmiyyətini və ümumi demokratiya, rifah və sabitlik üçün ümumi məkan qurmaq üçün birgə sadiqliyi təsdiq edərək ,proqramın 2020-ci ildən sonrakı siyasətini müəyyənləşdirib.

Mia.az xəbər verir ki, bununla da Şura “Şərq Tərəfdaşlığı”nın bu günə qədər əldə etdiyi mühüm uğurları alqışlayır və proqrama qoşulan ölkələri islahatları davam etdirməyə və bu istiqamətdə səyləri artırmağa təşviq edən vasitə kimi stimul və şərtlərə əsaslanan yanaşmasını təsdiqləyir.

Şura mövcud siyasi çərçivənin, o cümlədən “2020-ci il üçün 20 nəticə”nin etibarlı olduğunu və insanlar üçün yaxşı nəticələr və fayda gətirdiyini təsdiqləyir.

Avropa Şurası gələcək “Şərq Tərəfdaşlığı”nın daha strateji, iddialı, çevik və əhatəli əməkdaşlıq mexanizmi kimi əhəmiyyətini vurğulayır, proqramın iştirakçılara geniş sahələrdə ümumi və qlobal problemləri, xüsusən də COVID-19 pandemiyasının yaratdığı indiki görünməmiş vəziyyətdə yaranmış problemləri birgə həll etməyə imkan verdiyini qeyd edir.

“Avropa Şurası 2017-ci ildə keçirilmiş son sammitdən bəri əldə edilən nəticələrin nəzərdən keçirilə, uzunmüddətli siyasət məqsədlərinin təsdiqlənə və əməkdaşlığı daha da gücləndirmək və dərinləşdirmək yollarının göstərilə və 2020-ci ildən sonrakı nəsil üçün nəticələr əldə edilməsi üzrə hazırlıq işləri aparmaq üçün mandat verilə biləcəyi növbəti “Şərq Tərəfdaşlığı” sammitini gözləyir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA