Kriminal avtortetlər arasında qarşıdurma şiddətlənib - "Lotu Quli" erməni kriminala "zibil" dedi
10-05-2020 [18:00]
Rusiya kriminal aləmində şok hadisələr baş verməkdədir. Aprelin sonlarında Başqırdıstandakı islah-əmək düşərgəsinə gətirilən 36 yaşlı “qanuni oğru” Zviad Ozmanovun statusunun tanınmamasından sonra yaranmış qalmaqala Rusiya Federal Cəzaların İcrasına Nəzarət Xidməti də qoşulub.
Yeddi il əvvəl “oğru” statusu alan Ozmanov son altı ildə həbsdə yatsa da, onu cəzaçəkmə rəhbərliyinə “işləməkdə” və onların tapşırıqlarını yerinə yetirməkdə suçlayırlar.
Bu işdə isə əsas “iddiaçı” erməni avtoritet Edik Asatryan və onu dəstəkləyən kriminallardır.
Bir gün əvvəl isə Ozmanovla bağlı iddiaları təsdiq edən sensasion hadisə baş verib.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, "oğru dünyası”nın lideri hesab olunan Zaxari Kalaşovun (Şakro Molodoy) cəza çəkdiyi Krasnodar diyarının Dvubratski kəndindəki həbsxanaya Rusiya Federal Cəzaların İcrasına Nəzarət Xidmətinin əməkdaşları gəlib. Həm də xüsusi olar Moskvadan. Mənbə deyib ki, Şakroya deyilib ki, Ozmanovun “oğru” səlahiyyətləri tanınmalıdır. Əks təqdirdə, Şakro başqa bir cəzaçəkmə müəssisəsinə köçürülməklə təhdid edilib.
Qeyd olunur ki, 10 il müddətinə azadlıqdan məhrum edilən Şakronun Krasnodar diyarındakı həbsxanada yaxşı şəraiti var. Belə ki, “qanuni oğru” həbsxanadan daha çox olimpiya kəndini xatırladan şəraitlə təmin edilib. Yeməkləri restorandan gəlir, dincəlmək və idman etmək üçün hər cür şəraiti var. Bu söhbətdə hansı qərar verildiyi bilinmir, amma bu görüşdən dərhal sonra Kamo Səfəryan Ziviadı dəstəkləməklə bağlı çağırış edib. Kamo Səfəryan isə Şakronun yaxın adamı kimi tanınır. Məlumata görə, milliyyətcə erməni olan Kamo Səfəryan Tiflisdə doğulub. O, Ded Xasanın klanına daxil olub və Krımda uzun müddət “nəzarətçi” (“smotryaşi”) kimi tanınıb. K.Səfəryan öz “kriminal karyerasına” SSRİ-də cibgir kimi başlayıb. Elə o zaman ilk məhkumluq həyatını yaşayan K.Səfəryan 1998-ci ildə sui-qəsdə məruz qalıb. Amma killer səhvən onu yox, qardaşını öldürüb. Bundan sonra Səfəryan Krıma köçüb və ərazi üzrə “nəzarətçi” olub. 2008-ci ildə Ukraynadan deportasiya edilən Səfəryan Aslan Usoyanın klanına qoşulub. İndi də bu klanın lideri hesab olunan Aslan Usoyan kimi yezidi kürd olan Şakronun yanındadadır.
Maraqlıdır ki, Asatryana dəstək verərək Ozmanova qarşı çıxanlar haqda da kriminal aləmdə müxtəlif rəylər var. Onlardan bəzilərini ya “fuflo”, ya “fsbşnik” hesab edirlər. Şakro da Ediki “qanuni oğru” hesab etmir. Şakro vaxtilə Ermənistanda bəzi “oğru”ların iştirakı ilə toplantı keçirən Astaryanı qəbul edilmiş qərarlara hörmət etməməkdə də suçlayır. Həmin “sxodka”da belə bir qarar verilib ki, heç bir halda “qanuni oğru” həbsxanada olarkən ona zəng edib hansısa konfliktə mövqe bildirməsi və ya ona olan iddiaları cavablandırması tələb edilə bilməz. Bunlar yalnız “oğru” azadlığa çıxandan sonra soruşula bilər. Asatryan isə bunlara məhəl qoymayıb.
Çeçen "qanuni oğru", hazırda axtarışda olan Əziz Batukayev (Əziz) Ozmanovun hüquq-mühafizə orqanlarla əlaqəsi olduğuna inanır. Amma Əzizə də bu işə müdaxilə etməməyi tövsiyə ediblər. Əziz isə geri çəkilməyib, bir neçə “qanuni oğru”nun, o cümlədən Ozmanovun da iştirak etdiyi videokonfrans keçirib. Tərəflər burada qarşılıqlı ittihamlar yağdırıb. Əziz isə dustaqlara Zviadı bıçaqlamağa çağırıb. Bundan sonra Ozmanovun saxlanıldığı həbsxanada onun təhlükəsizliyi gücləndirilib.
Hazırda İtaliyada olan kriminal aləmin “generallarından” sayılan Merab Suxumski də baş verən münaqişədən kənarda qalmayıb. O, bu münaqişəni alovlandıran Edik Asatryana dəstək verib.
Azərbaycanlı nüfuzlu kriminal liderlərdən olan Nadir Səlifovun da münaqişəyə hansı mövqe bildirəcəyi maraq doğururdu. Bildirilir ki, Quli həm Ozmanov, həm ona qarşı təşkilatlanmış Edik Asatrayan haqda qısa mövqe bildirib: “Onların hər ikisi zibildir, onların davalarında bir damcı da oğru söhbəti yoxdur".

Musavat.com
İspaniya bu il Ukraynaya hərbi dəstək üçün 1 milyard avro ayıracaq
"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur
İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb
Aİ və İslandiya müdafiə sahəsində tərəfdaşlığa dair saziş imzalayıb
Bu gecə Xırdalanın bəzi ərazilərində işıq olmayacaq
Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb
Hikmət Hacıyev Parisdə Makronun diplomatik müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib
İlham Əliyev: 2021-ci ildən sonra bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam, bu, böyük xoşbəxtlikdir
Azərbaycanın QHT təmsilçisi BMT-nin konfransında
Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes bir sıra əməkdaşlıq sazişləri imzalayıblar
Azərbaycan əhalisinin sayı açıqlanıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
Dünyanın ən böyük qaz yatağı olan Cənub Parsa zərbə endirili
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Kats: İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətib öldürülüb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...