Gecəyarısı qonşusunu öldürdü - Tərtərdə qətl

img

09-05-2020 [12:33]


Tərtər rayonunda qətl hadisəsi baş verib.

Mayın 8-də şəhərin Cavanşir küçəsində yaşayan A.Hümbətov Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” xidmətinə müraciət edərək yaşadığı evin yaxınlığında kişi meyiti olduğu barədə məlumat verib.

İlkin araşdırma zamanı müəyyən olunub ki, Tərtər sakini, 1980-ci il təvəllüdlü Zeynalov Xətai Sabir oğlu mayın 8-i gecə saatlarında qonşusu Hümbətov Naib Nadir oğlu tərəfindən bıçaqlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Tərtər rayon Prokurorluğunda ibtidai istintaq aparılır.

Daha sonra N.Hümbətov saxlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA