Prezidentin köməkçisi: "Ermənistan hakimiyyəti faşist cəlladlarının heykəllərini sökməlidir"
08-05-2020 [16:07]
"Özünü demokratik adlandıran Ermənistanın indiki hakimiyyəti, ilk növbədə, faşist cəlladlarına ucaldılmış heykəlləri sökməlidir".
Mia.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Xarici İşlər Nazirliyinin açıqlaması ilə əlaqədar AZƏRTAC-a şərhində bildirib.
Hikmət Hacıyev deyib: “Birinci dəfə deyil ki, MDB dövlətlərinin II Dünya müharibəsi veteranları icması faşist cəlladı Qaregin Njdeyə abidə ucaldılması məsələsini qaldırıb. Bir neçə il əvvəl Azərbaycan veteranları MDB ölkələrindən olan veteranlara faşist generalı Qaregin Njdenin şərəfinə Yerevanda abidə qoyulması ilə bağlı məktub ünvanlamışdı.
Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 11-də Aşqabadda MDB-nin Zirvə görüşündəki məlum çıxışı MDB dövlət başçılarının diqqətini bu məsələyə cəlb etmək məqsədi daşıyırdı. Sevindirici haldır ki, Rusiyanın Armavir şəhərində erməni kilsəsi tərəfindən zəbt edilmiş ərazidə Qaregin Njdeyə qoyulmuş memorial lövhənin götürülməsi ilə əlaqədar qərar qəbul edilmişdir.
Njdenin faşist cəlladı olduğunu sübut edən kifayət qədər sənədlər var. Sovet İttifaqı tərəfindən 25 il müddətinə həbs edilmiş Qaregin Njdeyə bəraət verilməmişdir. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim etmişdir. Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim Respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”.
Qaregin Njdenin formalaşdırdığı irqçi təmayüllü şovinist təlimi Ermənistanın sabiq hakim Respublikaçılar partiyasının ideoloji əsasını təşkil edir. Faşizmdən və irqçi “Ari” ideologiyasından qaynaqlanan bu təlim “Tseğakron” (millətçi, dini və bütpərəst mistizminin irqçi birləşməsi) və ya “Njdeizm” adlanır. “Njdeizm” adı altında bu irqçi ideologiya Ermənistanda orta və ali məktəb proqramına daxil edilib və gənc nəsil hələ də bu ruhda tərbiyə edilir.
Digər faşist cəlladı və “Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanın rəhbərliyi altında erməni legionu faşist ordusunun tərkibində Krımda və Qafqazda əməliyyatlarda iştirak etmişdir. Drastamat Kanayanın da şərəfinə Ermənistanda abidələr ucaldılmışdır. Ermənistan Müdafiə Nazirliyinin Milli Strateji Araşdırmalar İnstitutu faşist cəlladı Kanayanın adını daşıyır. Həmçinin Ermənistan Müdafiə Nazirliyi Kanayanın şərəfinə medal buraxmışdır.
Özünü demokratik adlandıran Ermənistanın indiki hakimiyyəti Qaregin Njdeyə və ya Drastamat Kanayana ucaldılmış abidələri sökmür. İnanmırıq ki, Ermənistan hakimiyyətinin buna cəsarəti çatsın. Sovet dövründə və müstəqillik illərində Ermənistan hakimiyyətinin yalnız Azərbaycan xalqına məxsus tarixi torpaqlarda, indiki Ermənistan ərazisində Azərbaycan xalqına aid tarixi abidələri dağıtmağa cəsarəti çatmışdır.
Orta əsr Azərbaycan şəhərlərindən olan İrəvandakı (hazırda Yerevan) Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdirilməsi məqsədilə "yenidən təmir edilib". Dağıdılmış memarlıq abidələri arasında XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş Hacı Novruzəli bəy məscidi və "Sərdar sarayı" və ya "Xan sarayı" saraylar kompleksi də vardır. İrəvanın Sərdar məscidi də sistemli dağıntıya məruz qalmış və 2014-cü ildə tamamilə dağıdılmışdır. Ermənistan ictimaiyyəti niyə sual vermir ki, Yerevanda bir dənə də olsun tarixi abidə yoxdur. Çünki bu abidələr məhv edilmişdir və bütün bunlar danılmaz faktlardır.
Həmçinin Ermənistanda olan, Azərbaycan xalqına məxsus qədim və yeni dövr qəbiristanlıqlar məhv edilib. Aşıq Ələsgərin tarixi Azərbaycan torpağı olan Göyçə mahalındakı qəbri də onların sırasındadır. Ermənistan ərazisində olan tarixi Azərbaycan toponimlərinin adları dəyişdirilib və erməni adları ilə əvəz edilib. Ermənistandakı şəhərlərin və yaşayış məskənlərinin tarixi adları qaytarılmalıdır.
Ermənistan tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonu, Ermənistanla sərhəddə yerləşən Qazax rayonunun yeddi kəndi və Naxçıvanın Kərki kəndinin müvəqqəti işğalı nəticəsində 738 tarixi abidə, 83 min 500-dən çox eksponata malik 28 muzey, 4 şəkil qalereyası, 14 xatirə kompleksi və 1107 mədəniyyət müəssisəsi daxil olmaqla, 1891 maddi-mədəniyyət abidəsi və məscidlər talan edilib və vandalizmə məruz qalıb.
1992-ci il mayın 8-də Azərbaycanın mədəniyyət mərkəzlərindən olan Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Hərbi əməliyyatların dərhal ardınca Şuşa şəhərində mədrəsələri ilə birgə Yuxarı və Aşağı Gövhərağa məscidi, Vaqif Mavzoleyi, Natavanın evi, karvansaray kimi arxeoloji abidələr dağıdılıb, yandırılıb və talan edilib.
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş bütün əraziləri işğaldan azad ediləcək, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini təmin edəcək və tarixi ədalət bərpa olunacaq.
Prezident İlham Əliyevin MDB dövlət başçılarının Zirvə görüşündə qeyd etdiyi kimi, özünü demokratik seçilmiş təqdim edən yeni Ermənistan hakimiyyəti, ilk növbədə, özünü bu ləkədən, bu rüsvayçılıqdan təmizləməli və faşist cəlladlarına ucaldılmış heykəlləri sökməlidir”.
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir