Bütün təhsil müəssisələrində psixoloji xidmət fəaliyyət göstərəcək

img

06-05-2020 [12:25]


Təhsil Nazirliyi təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydasını açıqlayıb.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, bütün pillələr üzrə təhsil müəssisələrində psixoloji xidmət fəaliyyət göstərəcək. Hazırda yalnız ümumi və bəzi məktəbəqədər təhsil müəssisələrində psixoloji xidmət təşkil olunur. 

Şagird sayı 1000-dək olan məktəblərdə 1, 1000-dən 3000-dək olan məktəblərdə 2, 3000-dən çox olan məktəblərdə 3 psixoloq fəaliyyət göstərəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR