"Brent” neftinin qiyməti 12 faiz civarında qalxdı

img

05-05-2020 [18:21]


Dünya bazarında xam neftin qiymətləri ötən günkü azalmadan sonra bu gün sürətlə artmaqdadır

Mia.az “Report”a istinadla xəbər verir ki. Bakı vaxtı ilə saat 18:15-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında “Brent markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti  11,43% artaraq 30,31 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin iyun fyuçerslərinin bir barelinin qiyməti 17,66% artaraq 23,99 ABŞ dolları olub.

Qeyd edək ki, "Brent" markalı neftin qiyməti sonuncu dəfə aprelin 15-də 30 dolları keçmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA