"Əgər muzdlu işçilərin maaşı 712 manatdan azdırsa..." - Nazirlikdən maliyyə yardımları ilə bağlı sahibkarlara müraciət
04-05-2020 [19:21]
Koronavirus (COVID-19) pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi tədbirlər planına uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara və onların muzdlu işçilərinə maliyyə dəstəyi proqramının icrası davam edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Mia.az-a verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində sahibkarların müraciətləri elektron formada qəbul olunur. Vergi ödəyiciləri İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) pandemiyadan zərər çəkmiş sahələr üzrə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı xüsusi bölməyə şəxsi kabinetləri vasitəsilə daxil olaraq əmək ödənişləri üzrə alt bölməni seçməklə sahibkarlıq subyektlərinin muzdlu işçilərinə dəstəyin göstərilməsi ilə bağlı müraciət edirlər:
"Daxil olan müraciətlər araşdırılaraq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilir. İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi barədə məlumatlar mütəmadi olaraq ictimaiyyətə açıqlanır.
Ödənilən vəsaitlərin məbləğinə gəlincə, muzdlu işçilərə vəsaitlərin ödənilməsi prosesində Dövlət Statistika Komitəsi tərəfindən yanvar ayının sonuna ölkə üzrə orta aylıq əməkhaqqının məbləği - 712 manat əsas meyar olaraq götürülüb. Əgər muzdlu işçilərin aylıq əməkhaqqı 712 manatdan azdırsa, onlara əvvəl aldıqları faktiki əməkhaqqı, əgər çoxdursa, o zaman 712 manat məbləğində vəsaitin hər bir muzdlu işçiyə ödənilməsi təmin edilir".
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin şöbə rəisi Tural Vəliyevin sözlərinə görə, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən muzdlu işçilərə əməkhaqları yarıya bölünərək aprel və may ayları ərzində verilir:
"Artıq aprel ayı üzrə ödənişlər təqdim edilib. Ödənişi əldə edənlər may ayında da eyni qaydada maliyyə dəstəyi alacaqlar. Maliyyə yardımı üçün işəgötürənlərin bir dəfə müraciət etməsi kifayətdir. Yəni işəgötürənin aprel ayında etdiyi müraciət may ayı üçün də keçərlidir. Həmin işəgötürən bu müraciəti əsasında may ayı üçün də maliyyə dəstəyi əldə edəcək:
Maliyyə dəstəyinin verilməsində məqsəd işsizliyin qarşısını almaq, iş yerlərində ixtisarlara yol verilməməsinə nail olmaq və işəgötürənlərin əməkhaqlarının ödənilməsində qarşılaşdığı maddi çətinliklərin dövlət xətti ilə kompensasiya edilməsidir. Bu məqsədə nail olmaq üçün müraciətlərin qəbulu ilə bağlı qaydalar hazırlanan zaman onların mümkün qədər sadə tərtib edilməsi təmin edilib. Müraciətlərin elektron qəbulu, sürətli yoxlama sisteminin tətbiqi, müraciətlərin qaydası ilə bağlı təlimatların hazırlanması sahibkarların vaxtına qənaət etməyə və dəstəyi tez bir zamanda əldə etmələrinə şərait yaradıb”.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xalq artisti Rasim Balayevin nəvəsinin toyundan - VİDEO
Türkiyə derbisində iki qol, bir qırmızı kart... - "Qalatasaray" - "Beşiktaş" oyunu bitdi (Yenilənib)
Tramp HƏMAS-ı növbəti dəfə hədələyib: "Cəld ol, yoxsa..."
"Qarabağ" "Kəpəz"i məğlub etdi
Xəzər dənizində suyun səviyyəsinin düşməsində Rusiya izi... - TƏHLİL
Milli komandaya baş məşqçi təyinatı olub
Millimiz Rusiyaya məğlub olub
"Onlar demədi ki, məmurlardan kiminsə qapısını döyüm" - Sabiq nazir övladlarından danışdı (VİDEO)
"Bu suallara cavab vermək istəmirəm" - Cabir İmanovun atası və dostundan iddialara maraqlı reaksiya
Şair Əlisəmid Kürün vəziyyəti ağırlaşıb
Oqtay Şirəliyevlə vida mərasimi... - Baş nazir və nazirlər mərasimdə + FOTOLAR (Yenilənib)
Ukraynada dron hücumunda azərbaycanlı həlak olub
Nəsimi rayoununda Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
Azərbaycanı millisi bürünc medal qazanıb
İrandan dəniz yolu ilə ölkəmizə 510 kiloqram keçirməyə cəhd olunub
"Tağıyev: Sona" filminin təqdimatı oldu - Arzu Əliyeva və dövlət rəsmiləri tədbirdə + FOTOLAR
Azərbaycan nefti bahalaşıb
Prezident İlham Əliyev iki bankın idarə edilməsi barədə fərman imzaladı - DƏYİŞİKLİK
Sabah hava necə olaacq? - Proqnoz
Prezident onların maaşını artırdı - Sərəncam
BU TƏLƏBƏLƏRƏ PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Sərəncam
Polkovnik Fuad Qasımov vəzifədən çıxarılıb
HƏMAS GERİ ÇƏKİLDİ, İSRAİL QƏZZADA SAVAŞI DAYANDIRDI: "İşğal planını saxladıq, bundan sonra..."
Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumu keçirilir
Kür çayında bir nəfər boğulub
Alim Qasımov Kanadada konsert verib
DİN: "Bakıda qəzada üç nəfərin ölməsi, 7 nəfərin xəsarət alması ilə bağlı yayılan məlumatlar yanlışdır"
Prezidentdən Cəbrayılla bağlı paylaşım - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Rüşvət ittihamı ilə tutulan bələdiyyə sədri CHP-dən istefa verdi: "Məni gözdən çıxardılar"
"Neftçi" "Zirə" ilə heç-heçəyə razılaşıb
TRAMP ONLARA VAXT QOYDU: "İndiyə qədər görülməmiş qiyamət qopacaq"
"Bakcell" "İnnovasiyalar və süni intellekt" konfransının əsas tərəfdaşı oldu - FOTOLAR
Sosial şəbəkədə qeyri-etik paylaşımlar edən şəxs həbs olunub
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
General-mayor Baba Salayevə birinci müavin təyin edilib
Dövlət Agentliyində traybalizm: qudaların eyni qurumda başqa vəzifələri də varmış (FOTO)
Sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib
Qəzzada aclıq: ölənlərin sayı 457-yə yüksəldi
Qaz üçün əlavə bir manat ödəniş... - Yeni tariflər nə vaxt qüvvəyə miinəcək? (AÇIQLAMA)
Bank kartlarına yenidən kiberhücumlar başlayıb
DTX-dən növbəti sensasiyalı əməliyyat: 4 nəfər dövlətə xəyanət ittihamı ilə həbs olunub
Türk hakim futboldan uzaqlaşdırıldı - 15 günlük
Aytac Əlisultanlı İdarə Heyətinə yeni üzv təyin olunub