Tanınmış "KVN"çiyə Milli Məclisdə yüksək vəzifə verildi - FOTO

img

04-05-2020 [17:13]


Milli Məclisdə (MM) kadr islahatları davam edir.

Mia.az "BakuPost"a istinadla xəbər verir ki, MM Aparatının Beynəlxalq əlaqələr şöbəsinə yeni sektor müdiri təyin olunub.

Bu vəzifə İlqar Nəbiyevə həvalə olunub.

İlqar Nəbiyev 1976-cı ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından “Şən və Hazırcavablar” klubunda “Bakılı Oğlanlar” komandasında çıxış etməyə başlayıb. Onun iştirak etdiyi bu komanda 1992-ci ildə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və XX əsrin ən yaxşı komandaları sırasında birinci olub. 2001-ci ildən Tahir İmanovun yaratdığı "Planet Parni iz Baku" KVN teatrında da iştirak edib. Daha sonra müxtəlif yumoristik layihələr hazırlayıb və "Şən və Hazırcavablar klubu" yarışları təşkil edib. "İqra" Yaradıcılıq Birliyinin rəhbəridir.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA