Deputat çay, qəhvə davası etdi, həmkarı "az danışsınlar" dedi, spiker isə... - Milli Məclisdə "dartışma"

img

01-05-2020 [19:05]


Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev müzakirələrin üç saat fasiləsiz davam etməsinə etirazını bildirib.

Q.Həsənquliyev deyib ki, müzakirələr 1,5 saat davam etdikdən sonra qəhvə, çay fasiləsi verilməlidir. 

Onun fikrincə, iclasın gündəliyinə az məsələ salınmalıdır ki, çox davam etməsin.

Parlamentin sədri Sahibə Qafarova cavab olaraq qeyd edib ki, koronavirus pandemiyası ilə əlaqədar gündəliyə çox məsələ salınır. 

Bu zaman deputat İmamverdi İsmayılov yerdən “deputatlar az danışsınlar” deyə replika atıb. Spiker Sahibə Qafarova isə bildirib: “Necə danışmasınlar? Vacib məsələlərdir. Hamımız deputatıq, danışmaq istəyirik”.Yenisabah 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA