“Nar” abunəçilərinə səyyar və onlayn xidmət göstərməkdə davam edir
01-05-2020 [18:25]
Koronavirus pandemiyaslı ilə əlaqədar olaraq ölkədə tətbiq edilən karantin rejimi müddətində “Nar” öz müştərilərinin təhlükəsizliyini təmin etmək üçün gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.
Şirkətdən Mia.az-a verilənn məlumata görə, müştərilərə fasiləsiz yüksəkkeyfiyyətli xidmətlərin göstərilməsi üçün mobil müştəri xidmətləri və nömrələrin evə çatdırılması xidməti tətbiq edilib. “Nar” nömrəsi almaq istəyənlər evdən çıxmadan, narsim.az vebsaytından seçdikləri nömrələrin birbaşa evə çatdırılmasını sifariş edə bilərlər. Səyyar nömrə xidməti ilə Bakı, Abşeron, Sumqayıt və daha 23 şəhərdə 1000-dən çox nömrə sifarişi birbaşa abunəçilərin ünvanına çatdırlıb.
Bundan başqa, aprelin 6-dan başlayaraq Bakı və Abşeron yarımadasını əhatə edən “Səyyar Nar” layihəsi çərçivəsində 140-dan çox müştəriyə evində xidmət göstərilib. Qeyd edək ki, “Səyyar Nar” abunəçilərə evlərini tərk etmədən bir çox əməliyyatları birbaşa ünvanlarında əldə etmək imkanı verir. Abunəçilər "Nar" xidmət mərkəzlərində göstərilən bütün xidmətlər üçün, eləcə də, SIM kartın dəyişdirilməsi, nömrə bərpası əməliyyatları və ASAN İmza xidmətinin aktiv edilməsi üçün “Səyyar Nar”a müraciət edə bilərlər.
“Nar” xüsusi karantin rejimi dövründə abunəçilərin evdən çıxmaması üçün onlayn kanalları vasitəsilə də müştərilərə xidmət göstərməkdə davam edir. Müştəri xidməti funksiyasını yerinə yetirən sosial media səhifələri və “Nar+” tətbiqi vasitəsilə daxil olan sorğular dərhal cavablandırılır. Belə ki, martın sonlarından indiyədək “Nar+” tətbiqinə daxil olmuş müraciətlər 2 dəfə artaraq 3,4 milyondan çox sorğu emal olunub. “Nar+” tətbiqinin onlayn çat xidmətinə isə 55 minə yaxın müraciət daxil olub. Qeyd edək ki, tətbiq abunəçilərə evlərindən çıxmadan, 24/7 rejimində fəaliyyət göstərən müştəri xidmətlərindən yararlanmaq imkanı verir.
Bütün qeyd edilən xidmətlərlə yanaşı, abunəçi sorğularının fasiləsiz və operativ cavablandırılması məqsədilə “Nar” Müştəri Xidmətləri və 777 Çağrı Mərkəzi də gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir. Martın sonlarından aprelin sonuna qədər 777 Çağrı Mərkəzinə 705 mindən çox zəng daxil olub.
Xatırladaq ki, “Nar”, koronavirus (“COVID-19”) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min AZN ianə, eyni zamanda xüsusi rejimli xəstəxanalarda çalışan tibb personalını və nəzarətdə olan pasiyentləri pulsuz rabitə ilə təmin edib. Bütün “Nar” abunəçiləri üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 qaynar xətt nömrəsinə zənglər tamamilə ödənişsiz olub. Eyni zamanda, mobil operatorun abunəçiləri vətəndaşların yaşayış yerlərini tərk etmələrinə dair icazələrin alınması məqsədilə istifadəyə verilmiş "8103" qısa nömrəsindən ödənişsiz və fasiləsiz yararlana bilirlər.
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı