Vahid Əhmədov: "O bank cinayətkar bankdır"

img

01-05-2020 [12:59]


“Dövlət və hökumət hər hansı bir addım atan zaman vətəndaşları fikirləşməlidir”.

Bunu deputat Vahid Əhmədov parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bağlanan iki bankda ("Atabank" və "Amrah Bank") əmanətlərin məbləği 850 milyon manata qədərdir:

“Həmin əmanətlərin qaytarılması üçün Mərkəzi Bank və dövlət büdcəsinin vəsait xərclənməlidir. Mən "Atabank" haqqında danışmaq istəmirəm. Çünki "Atabank" cinayətkar bir bankdır. Amma digər banklar normal fəaliyyət göstərir”.

Deputat bildirib ki, bank sistemi ilə əlaqədar Milli Məclis ciddi işlər görməlidir: “Bank rəhbərləri ilə görüşlər keçirilməlidir”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA