PA-nın şöbə müdiri: "Kamran Əliyevin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilir"

img

01-05-2020 [11:47]


“Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ daxil olub”.

Bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, K.Əliyevin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilir:

“Ümid edirəm ki, Milli Məclis Prezidentin təqdimatını dəstəkləyəcək. Hesab edirəm ki, Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyin edilməsinə razılıq veriləcək”/Report.

Xatırladaq ki, deputatlar K.Əliyevin təqdimatına səs veriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA