04-10-2013 [10:13]
Elçin Sadıqov daha sonra bildirib ki, MTN təcridxanasının əməkdaşları ondan Pərviz Həşimli ilə görüşündə etdiyi qeydləri onlara verməyi tələb ediblər: "Mənə dedilər ki, onları rəhbərliyə göstərməlidirlər. Mən imtina etdim. Lakin məni buraxmadılar, sonra məcburən qeydəri götürüb baxdılar. Dedilər ki, bu, rəhbərliyin göstərişidir".
Elçin Sadıqov bunu vəkillik haqqında qanunun pozulması kimi qiymətləndirib və Baş Prokurorluğa, Vəkillər Kollegiyasına şikayətlə müraciət edib.
Vəkil həmçinin bildirib ki, Pərviz Həşimlinin həbsinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırılıb.
Eyni gündə Pərviz Həşimli ilə vəkil Anar Qasımlı da görüşüb. Bu barədə "Azadlıq"a açıqlama verən vəkil bildirib ki, görüşdə jurnalistin onun xidmətlərindən imtina etməsinə aydınlıq gətirilib: "Pərviz Həşimlinin ailəsi onun adından açıqama yayıb ki, mənim xidmətlərimdən imtina edir. Bu açıqlama yayılanda mən əvvəlcə müstəntiqlə əlaqə saxladım, lakin o dedi ki, Pərviz Həşimlidən belə bir ərizə daxil olmayıb. Daha sonra digər vəkil Elçin Sadıqovla əlaqə saxladım. O da bildirdi ki, bu barədə məlumatı yoxdur. Ona görə də qərara aldım ki, Pərviz Həşimlinin özü ilə görüşüm. Pərviz Həşimlinin sözlərinə görə, Elçin Sadıqov ona bildirib ki, ailəsi belə istəyir və o da bu addımı atıb. Ailəsi səbəb kimi mənim İqbal Ağazadə ilə yaxınlığımı göstərib. Mən də Pərviz Həşimlinin nəzərinə çatdırdım ki, İqbal Ağazadə ilə onunla müqavilə bağlamamışdan əvvəl yaxınam, onun vəkiliyəm. Digər tərəfdən Pərviz Həşimli özü məndən namizədlərə müraciət etməyi xahiş etmişdi. O da bildirdi ki, İqbal Ağazadə ilə bağlı heç bir problem yoxdur. Ona yenidən həbsini gündəmdə saxlamaq üçün yazılı müraciət etdi, həmin müraciət məndədir. Bundan başqa Pərviz Həşimli yazılı olaraq bildirdi ki, həqiqətən ona təzyiq edilməyib, AXCP sədri Əli Kərimliyə qarşı ifadə almağa cəhd olunmayıb. Bu ərizə də məndədir, kim istəyir tanış ola bilər. Lakin həmin ərizəni yazanda Elçin Sadıqov buna mane olmaq istədi. Dedi ki, bu məsələnin siyasi çalarını azaldır".
Anar Qasımlının sözlərinə görə, bundan sonra onda belə qənaət yaranıb ki, baş verənlərin arxasında Elçin Sadıqov dayanıb. Ona görə də o, həmkarının məhkəməyə verməyə hazırlaşır. "Eyni zamanda Elçin Sadıqovdan Vəkillər Kollegiyasına şikayət edəcəm", - deyə Anar Qasımlı bildirib.
Elçin Sadıqov isə həmkarının dediklərini təkzib edib. O, "Azadlıq"a bildirib ki, məsələ Anar Qasımlının dediyi kimi olmayıb: "Mən baş verənləri təfərrüatları ilə danışsam, Anar Qasımlının nüfuzuna xələl gələr. Pərvizə ona işgəncə verilmədiyi və işin Əli Kərimli ilə bağlı olmadığı barədə ərizə yazdırmaq istəyirdilər. Onu məcbur edəndə mən etiraz etdim. Bu zaman məni otaqdan çıxardılar. Amma otaqda Anar Qasımlı və 2 müstəntiq qaldı. Pərvizə digər 2 ərizə də yazdırmaq istəyirdilər , amma otaqda olmadığıma görə bunun nə ilə bağlı olduğunu bilmədim".
E.Sadıqov deyir ki, onun iştirakı olmadan Pərviz Həşimov hansısa ərizə yazıbsa, o məcbur edilib. Pərviz 3 oktyabrda vəkili Anar Qasımlıdan imtina ilə bağlı ərizə yazıb və imzalayıb.
Pərviz Həşimlinin ailəsi " Azadlıq" a deyib ki, vəkil Anar Qasımlıdan imtina edilməsinə səbəb mətbuata yalan məlumat verməsidir. "Necə olur ki, MTN-də Pərvizin əlini "Quran"a basıb and içməsin istəyiblər ki, Əli Kərimliyə pul transfer etməyib, vəkil də deyir ki, onun həbsinin Əli Kərimli ilə əlaqəsi yoxdur. Buna görə də onun müdafiəsindən imtina etmişik".
Pərviz Həşimli "Bizim yol" qəzetinin əməkdaşı, Siyasi və Mülki Hüquqların Müdafiə Mərkəzinin rəhbəri, AXCP üzvüdür. O, sentyabrın 17-də qaçaqmalçılıq və qanunusz silah saxlamaq ittihamı ilə həbs olunub.
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR