Koronavirus: mütəxəssislər daha böyük təhlükə barədə xəbərdar edir
30-04-2020 [13:41]
2019-cu ilin dekabr ayında Çinin Uhan vilayətində yayılan, bir müddət sonra digər ölkələri də cənginə alan yeni növ koronavirusla (COVID-19) bağlı mütəxəssislər hələ də bədbin proqnozlar verir, pandemiyanın daha təhlükəli - ikinci dalğasının başlaya biləcəyi ilə bağlı xəbərdarlıq edirlər.
Mütəxəssislərin ikinci dalğanın başlaya biləcəyi ilə bağlı xəbərdarlığını ciddi qəbul etməmək mümkün deyil. Çünki istənilən ölkənin vətəndaşları müvafiq qadağalara doğru-dürüst əməl etmədikdə, həmin ölkədə pandemiya ilə bağlı daha təhlükəli vəziyyət yarana bilər. Buna görə də, ayrı-ayrı dövlətlərin müvafiq tədbirlər görməsi, tətbiq olunan xüsusi məhdudiyyətlərin sərtləşdirilməsi təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Dünya dövlətləri sırasında öz yeri olan Azərbaycan da bu məsələdə, təbii ki, istisna deyil.
Hələ mart ayından başlayaraq virusla mübarizə çərçivəsində mühüm addımlar atılır, müxtəlif qabaqlayıcı tədbirlər həyata keçirilir, təhlükəsizliyin təmin olunmasıyla bağlı əhali arasında təbliğat-təşviqat işləri aparılır. Aprelin 5-dən etibarən tətbiq olunan xüsusi karantin rejimi, onun bütün ölkə ərazisində yüksək səviyyədə təmin olunması, cəmiyyətdə düzgün profilaktika işlərinin aparılması, təhlükəli virusdan qorunmaq üçün vətəndaşların vəzifə və məsuliyyətlərinin onlara düzgün izah edilməsi öz müsbət nəticələrini verir. Ölkəmizdə koronavirusa yoluxma və bu virusdan ölüm halları dünyanın digər ölkələri, qonşu dövlətlərlə müqayisədə nəzərəçarpacaq dərəcədə azdır. Ancaq təhlükəni tamamilə geridə qoyduğumuzu söyləmək hələ tezdir. Ümumdünya Səhiyyə Təşkilatı, dünyanın tanınmış tibb mütəxəssisləri, eyni zamanda, ölkəmizin tanınmış həkimləri virusun ikinci dalğasının ola biləcəyi haqda həyəcan təbili çalır, insanları, cəmiyyətləri məsuliyyətli olmağa dəvət edirlər.
Yeni təhlükənin yaranmaması üçün nə etməli?
Digər ölkələrlə müqayisədə Azərbaycanda koronavirusa yoluxma hallarının azlığı, əlbəttə, sevindiricidir. Bu məsələdə istər Azərbaycan Respublikası Prezidentinin gördüyü müxtəlif tədbirlər, verdiyi tövsiyələr, istərsə də Nazirlər Kabineti yanında Operativ Qərargahın qabaqlayıcı tədbirləri - xüsusən də canlı təmasların, kütləvi tədbirlərin, yaş məhdudiyyətinin və digər müxtəlif qadağaların tətbiqi müstəsna rol oyanıb. Qeyd edək ki, Nazirlər Kabinetinin 27 aprel 2020-ci il tarixli qərarı ilə xüsusi karantin rejimi yumşaldılıb. Lakin əhalinin sosial vəziyyəti, iqtisadi geriləmənin qarşısının alınması və digər bu kimi məsələlər nəzərə alınaraq verilən qərar sui-istifadəyə və vətəndaş məsuliyyətsizliyinə səbəb olmamalı, nəticədə virusa yoluxma hallarının artmasına zəmin yaradılmamalı, koronavirusa qarşı mübarizə kampaniyası daha da gücləndirilməlidir. Ancaq ilkin təəssürat budur ki, xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı qərar bəzi vətəndaşlarda sanki arxayınlıq yaradır. Hətta bu qərarı koronavirus təhlükəsinin bitməsi kimi anlayanlar da var. Bu yanlışlıq isə daha ciddi problemlərə yol aça, daha çox insanın virusa yoluxmasına və çoxsaylı itkilərə səbəb ola bilər. Odur ki, yanlış düşüncədə olan, COVID-19-un uzunmüddətli proses olduğunu anlamaq istəməyən insanlar məsələnin ciddiliyini dərk etməli, təhlükənin sovuşmadığını nəzərə almalıdır. Çünki ölkəmizdə bəzi məhdudiyyətlərin yumşaldılması, bunun nəticəsində yenidən fəaliyyətə başlayan ticarət obyektlərində və digər sahələrdə müəyyən canlı təmasların yaranması virusa yoluxma riskini daha da artırır. Elə bu səbəbdən də vətəndaşlarımız xüsusi qoruyuculardan və digər vasitələrdən istifadə qaydalarına ciddi əməl etməyi dayandırmamalıdırlar. Koronavirus pandemiyasının başlanğıc dövründə həyata keçirilən kampaniyaların indi daha intensiv xarakter almasını, tövsiyələrə və gigiyena qaydalarına əvvəlkindən daha məsuliyyətli yanaşmağı şərtləndirən əsas amil, şübhəsiz, həm də bəzi məhdudiyyətlərin yumşaldılmasıdır.
Özünütəcrid - virusdan xilas yolu kimi
COVID-19 uzunmüddətli proses olduğundan əhalinin zəruri profilaktik tədbirlərə daha ciddi əməl etməsi ilə yanaşı, maarifləndirici verilişlərin, video-roliklərin bərpa olunması, yenilərinin çəkilməsi, təbliğat və maarifləndirmənin gücləndirilməsi də vacibdir.
Özünütəcrid - pandemiya elan olunarkən virusdan qorunmağın əsas şərtlərindən biri kimi göstərilirdi. Bunun müsbət təsirləri ölkəmizdə özünü göstərdi və pandemiyanın geniş yayılmasının qarşısını aldı. Bu səbəbdən də "Evdə qal!" və digər bu kimi kampaniyalara yenidən start verilməli, bu çağırışlardan irəli gələn tövsiyələrə əvvəlkindən daha çox əməl edilməlidir.
“65-lərin” məsuliyyəti
Yaşı 65 və artıq olan vətəndaşlarımızın xüsusi qaydalara əməl etməsi daha vacibdir. Çünki virusa yoluxmaq bu yaşada olan insanların əksəriyyətinin həyatı bahasına başa gəlir. Ona görə də, bu kateqoriyadan olan insanlar qadağalara daha çox tabe olmalı, əvvəlki qaydalara ciddi əməl etməlidirlər. Həm də ona görə ki, bu şəxslərin ailə üzvlərindən də kimsə qadağaların yumuşaldılması səbəbindən ailədənkənar şəxslərlə canlı təmasda ola bilər.
Diqqətə çatdırırıq ki, xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlərin sanitar-epidemioloji şəraitdən asılı olaraq mərhələli şəkildə yumşaldılması zərurətə çevrilib. Amma epidemioloji vəziyyət tələb edərsə, insanların həyat və sağlamlığını qorumaq üçün karantin rejimi yenidən sərtləşdirilməli, müvafiq məhdudiyyətlər tətbiq edilməlidir. Bu səbəbdən də insanlar xüsusi karantin rejiminin qaydalarına daha məsuliyyətlə yanaşmalıdır. Yəni məhdudiyyətlər qismən götürülsə belə, vətəndaşlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmasalar, yoluxma halları arta və böyük faciələr baş verə bilər. Məhdudiyyətlərin bir qismi aradan qaldırılsa da, virusa yoluxma sürətinin qarşısınının alınması üçün ölkədə kütləvi tədbirlər keçirilməməli, vətəndaşlar əvvəlki dövrdə olduğu kimi, sosial məsafə (2 metrlik distansiya) tələbinə riayət etməlidir. Xəstəliyin yeni dalğasının başlanmasına yol verməmək üçün bütün tələblər, o cümlədən şəxsi gigiyena, özünütəcrid, kütləvi toplantılara yol verilməməsi, distansiya saxlanması və s. qaydalara əməl olunması zəruridir. KİV-lər bunları vətəndaşlara bir daha xatırlatmaq üçün kampaniyanın növbəti mərhələsinə başlamalıdır.
Sonda vətəndaşlarımızın diqqətinə bir daha çatdırmaq istərdik ki, böyük itkilərin baş verməməsi üçün Ümumdünya Səhiyyə Təşkilatının, Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koronavirusla bağlı tövsiyələrindən yararlanmaqda böyük fayda var.
Afiq YELMAROĞLU
Reyting.az
P. S. Dünən gecə saatlarında yayılan son statistik hesabatda dünya üzrə COVID-19 pandemiyasına 3 200 000-ə qədər yoluxmanın qeydə alındığı, 220 414 nəfərin isə vəfat etdiyi bildirildi. Özünüzün və ailə üzvlərinizin bu hesabata düşməməsi üçün tələb olunan qaydalara ciddi əməl edin!
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi