Deputat Baş prokuror dəyişikliyi ilə bağlı xəbəri təsdiqlədi: "Kamran Əliyevlə bağlı təqdimat..."

img

29-04-2020 [20:59]


Xəbər verdiyimiz kimi,, Azərbaycan Prezidenti İlham Əliyev Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin Baş prokuror vəzifəsinə təsdiqlənməsi üçün Milli Məclisə təqdimat göndərib.

Mia.az-ın məlumatına görə, deputat Fəzail Ağamalı APA-ya açıqlamasında bildirib ki, təqdimata bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında baxılıb.

Müzakirələrdən sonra təqdimat Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, K. Əliyev Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviridir.

Xatırladaq ki, hazırda Baş Prokuror Zakir Qaralovdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA