Mərkəzi Bank problemli kreditlərlə bağlı açıqlama yaydı

img

29-04-2020 [16:48]


Bu il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 386,8 milyon manat təşkil edib.

Mia.az Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 6,9% çoxdur.

İlin əvvəlinə nisbətən problemli kreditlər 8,9% artıb,  son 1 ildə isə 11% azalıb. 

Martın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 8,9% təşkil edib. Bu nisbət fevralın sonuna və ötən ilin sonuna 8,3%, ötən il martın sonuna isə 11,9% olub. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA