Elmar Məmmədyarov Qırğızıstanın Xarici işlər naziri ilə müzakirə aparıb

img

27-04-2020 [19:02]


Xarici işlər naziri Elmar Məmmədyarov Qırğızıstanın Xarici işlər naziri Çingiz Aydarbekovla telefonda danışıb.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Mia.az-a verilən məlumata görə, söhbət zamanı tərəflər ikitərəfli və çoxtərəfli formatda mövcud əməkdaşlıq gündəliyini müzakirə ediblər.

Nazirlər mövcud vəziyyətə toxunaraq, hər iki dövlətin COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində gördüyü tədbirlər ətrafında fikir mübadiləsi aparıb və bu xüsusda, qarşılıqlı dəstək və əməkdaşkığın, təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar.

Telefon danışığı zamanı Azərbaycan və Qırğızıstanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının perspektivləri müzakirə olunub və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA