"Tam hazırlıqsız vəziyyətdə yaxalandıq" - ABŞ-da koronavirusdan ölən azərbaycanlının ailəsi səfirlikdən kömək istədi
27-04-2020 [13:47]
ABŞ-da koronavirus pandemiyasından dünyasını dəyişən azərbaycanlı Natiq Qasımovun həyat yoldaşı mərhumun cənazəsinin Vətəninə göndərilməsi üçün kömək gözləyir.
Mia.az xəbər verir ki, Farzadə Qasımova "Report"un xüsusi müxbirinə açıqlamasında həyat yoldaşının ABŞ-da deyil, Azərbaycanda dəfn olunmasını istədiyini bildirib:
“Biz on ildir ABŞ-da yaşayırıq, iki qızımız və bir oğlumuz var. Qızlarım Azərbaycanda yaşayır, oğlumuz isə Kanadadadır. Natiq Azərbaycanla nəfəs alırdı. Nyu-Yorkda Azərbaycanla bağlı keçirilən elə bir tədbir yox idi ki, orada iştirak etməyək. Onun Azərbaycanda dəfn olunması üçün ölkəmdən, dövlətimdən kömək istəyirəm”.
Onun sözlərinə görə, N.Qasımov, təxminən, 22 gün öncə xəstəxanaya aparılıb: "Əvvəllər onun səhhətində heç bir problem olmayıb. Vəfat etdiyinə hələ də inana bilmirəm. Qızdırması vardı, nəfəs darlığından əziyyət çəkirdi. Özünü yaxşı hiss etmədiyini dedi və təcili yardıma zəng etdik. Xəstəxanada analizlər verdik, vəziyyəti günbəgün yaxşılaşırdı. Ancaq sonradan nə oldu bilmirəm. Hərarəti 40 dərəcəyə qalxdı və onu xüsusi nəfəs aparatına qoşdular. Mən hesab edirəm ki, Natiq həmin xəstəxanada infeksiyaya yoluxdu. Artıq böyrəkləri işləmirdi. Halbuki xəstəxanaya gedəndə onun heç nəyi yox idi”.
F.Qasımova Azərbaycanın ABŞ-dakı səfirliyi ilə əlaqə saxladığını deyib: "Səfirlikdən Natiq Qasımovun ABŞ-da dəfn olunması üçün bütün zəruri yardımı göstərəcəklərini söylədilər. Onun başının üzərində belə qara buludların olduğunu hardan bilərdik? Tam hazırlıqsız vəziyyətdə yaxalandıq. Səfirlik və Diasporla İş üzrə Dövlət Komitəsi bizə dəstək üçün hazırdır. Həyat yoldaşımın hələlik Nyu-Cersi ştatındakı Azərbaycan qəbiristanlığında dəfn olunmasını məsləhət görürlər. Çünki onun koronavirusdan ölməsi səbəbindən hələlik Vətənə aparılmasının mümkün olmadığını deyirlər. Bütün qohumlarımızın hamısı Azərbaycandadır. Mən istəyirəm ki, həyat yoldaşım orada dəfn olunsun. Əgər bunun üçün şans varsa, mənə köməklik olunmasını istəyirəm. Əgər onun cənazəsini Azərbaycana apara bilsəm, bir qədər təsəlli taparam”.
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb