"Naxçıvana getdim, yenə əl çəkmədilər, dedilər ki, gəlməsən, evinə gedəcəyik..." - Bakıda avtomatla törədilən qətlin təfərrüatı
27-04-2020 [13:04]
Dini təriqət üzvlərinə qarşı qətl törədən kriminal avtoritet Ali Məhkəməyə müraciət edib. “Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə 17 il azadlıqdan məhrum edilən Abbasquliyev Hikmət Rzaqulu oğlunun məhkəmə prosesinə hakim Hafiz Nəsibov sədrlik edəcək.
Cinayət işində 4 nəfər- Xudiyev Babək İsa oğlu, Xudiyev Çingiz İsa oğlu, Kərimov Elxan Nazim oğlu və Allahverdiyev Namiq Məhərrəm oğlu zərərçəkmiş qismində tanınıb.
Hadisə 2018-ci il avqustun 9-da Sabunçu rayonunun Ramana qəsəbəsində, məcburi köçkünlərin "Şuşa şəhərciyi"nin ərazisindəki "Naxçıvan" kafesində baş verib. Nəticədə bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
Belə ki, gecə saat 22:00 radələrində naməlum şəxs "Kalaşnikov" markalı avtomatla kafeyə daxil olaraq atəş açıb. Bakı şəhər sakinləri — əvvəllər AR Cinayət Məcəlləsinin 127-ci maddəsi (Qəsdən sağlamlığa az ağır zərər vurma) ilə məhkum olunmuş, 1985-ci il təvəllüdlü Namiq Məhərrəm oğlu Allahverdiyevə və 1984-cü il təvəllüdlü Elxan Kərimova xəsarət yetirib. Nəticədə N.Allahverdiyev ölüb, E.Kərimov isə ağır yaralanaraq 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.
Cinayətin törədildiyi yerə dərhal Sabunçu Rayon Polis İdarəsinin əməliyyatçıları, həmçinin DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları gəlib, ərazi Daxili Qoşunların bölmələri tərəfindən mühasirəyə alınıb.
Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü "isti izlər"lə açılıb. Qətli törətməkdə şübhəli bilinən şəxsin həmin qəsəbə sakini, əvvəllər AR Cinayət Məcəlləsinin 226-cı (Radioaktiv materiallarla qanunsuz davranma), 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş, 1967-ci il təvəllüdlü Hikmət Rzaqulu oğlu Abbasquliyev olması müəyyən edilib. Şübhəli şəxs görülmüş tədbirlər nəticəsində saxlanıb.
O da məlum olub ki, Abbasquliyev, həmçinin Rusiyada RF Cinayət Məcəlləsinin 105.1 (qəsdən adam öldürmə) maddəsi ilə də həbsdə yatıb və lap yaxınlarda cəzaçəkmə müəssisəsindən çıxıb.
Abbasquliyev ələ keçirilərkən ondan 1 ədəd nömrəsi silinmiş "AKMS" markalı silah, 17 ədəd patron və 1 ədəd patron darağı maddi sübut kimi götürülüb.
Onunla yanaşı, cinayətin digər iştirakçıları da məlum olub. Onlar — 1986-cı il təvəllüdlü Xudiyev Babək İsa oğlu və 1984-cü il təvəllüdlü Xudiyev Çingiz İsa oğlu qardaşlarıdır. Cinayətdə iştirak edən digər şəxslərin isə Qadir və Oqtay adlı qardaşlar olduğu müəyyən edilib.
Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Təqsirləndirilənin hüquqlarını müdafiə edən vəkil deyib ki, bu işdə zərərçəkmiş kimi tanınan Xudiyev qardaşları bütün baş verənlərin günahkarıdır: "Xudiyev qardaşları dini təriqət üzvləridir. Onlar qəsəbədə özlərini qoçu kimi aparırlar. Məlumat da var ki, bir neçə nəfəri zəncirlə döyüblər. Onlar özlərini məhkəmədə də apara bilmədilər. Mənə qarşı da kobudluq etdilər. Müdafiə etdiyim Hikmət həmin qardaşların qanunsuz əməllərindən uzaq durmaq üçün bir müddət Naxçıvana da gedib. Lakin Xudiyev qardaşları ondan əl çəkməyib. Hikmət də özünü və ailəsini müdafiə etmək üçün bunu edib. Çünki həmin şəxslər ona hücum edib. Bacara bilmədiyi üçün onları vurub. Hikmət artıq həbsdən çıxmışdı, islah olunmuşdu. Onun himayəsində bir azyaşlı uşağı var. Xahiş edirəm, məhkəmə bütün bunları nəzərə alsın".
Hikmət Abbasquliyev son sözündə ailəsini qorumaq üçün bunu etdiyini deyib: "Bunlar məni çox sıxdılar. Dedim ki, məndən uzaq durun. Ailə qurmuşdum, onlarla xoşbəxt yaşamaq istəyirdim. Onlara da dedim ki, mən təsərrüfat qurmuşam, ailəmin yanındayam. Amma əl çəkmədilər. Bir dəfə də gəlib sillə vurdular. Yenə də uşağım gözümün qabağına gəldi, Naxçıvana getdim, amma yenə əl çəkmədilər. Sonra da zəng elədilər ki, əgər gəlməsən, evinə gedəcəyik. Bir kişinin namusu, dövləti onun ailəsidir. Mən də düşündüm ki, ailəmi qoruya bilmirəmsə, necə kişiyəm? Mən də ailəmin yanına qayıtdım. Yenə də evimə gəldilər. Onlar mənim üstümə gələndə havaya atəş atdım. Onları öldürmək istəmirdim. Elxana güllə dəyəndə onun yanına getdim. Dedim ki, sənə lazım idi? Özünü də, məni də bədbəxt elədi. O, yaralı idi. Mən istəsəydim, ona bir güllə də vurardım. Namiqin yanına gedəndə ondan qan axdığını gördüm. Oradan uzaqlaşıb yaxınlıqdakı restorana getdim. Oradakılardan təcili yardıma zəng eləmələrini istədim.
Hökmdə göstərilib ki, zərərçəkmiş Çingiz Xudiyevin qanunsuz əməlləri səbəbindən bu hadisə baş verib. Belə ki, onlar bir neçə dəfə Hikmət Abbasquliyevin işlətdiyi kafeyə gələrək ona qarşı qanunsuz tələblər irəli sürüblər. Sonuncu dəfə isə Çingiz Xudiyev azyaşlı oğlu ilə maşında olan zaman ona yaxınlaşaraq görüşə dəvət edib. Gəlməyəcəyi təqdirdə isə onun evinə gedəcəyini deyib. Bundan sonra Hikmət Abbasquliyev uşağını evə qoyduqdan sonra odlu silah götürərək "Naxçıvan" restoranında Çingiz Xudiyev və onun tanışlarının yanına görüşə gəlib. Odlu silahdan atəş açaraq cinayəti törədib.
İtaliya prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Xırdalan parkını itlər "işğal" edib: "Ərazidə 3 məktəb var, bir faciə baş verərsə..."
İtaliya Prezidenti Bakıda - İlham Əliyevlə görüş oldu, birgə mesajlar verildi + FOTOLAR (YENİLƏNİB)
İsraildən həbs əməliyyatı: azad olunan 40 fələstinli yenə saxlanılıb
TRAMP QƏZZA PLANI İLƏ BAĞLI HƏMAS-a VAXT VERDİ: "3-4 günləri var"
AYNA: böyük məbləğdə tendersiz satınalmalar və... - SİYAHI
Oktyabrın 2-dək güclü külək əsəcək - Xəbərdarlıq
Azərbaycan və Belarus baş nazirləri görüşüb - Minskdə
Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək - "Qarabağ"ın oyununa görə
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib - FOTOLAR
AYNA-ya əlavə səlahiyyətlər verildi - DƏYİŞİKLİK
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident baş prokurorun müavininə ali rütbə verdi - Sərəncam
Ceyhun Bayramov ABŞ rəsmilərini qəbul edib - Müzakirə
Qəzzada itki: ölənlərin sayı artıb
“Nar”ın rəhbərliyində dəyişiklik olub
Oktyabr ayında hava necə olacaq? - Proqnoz
Mislinin 50 qəpiyə 10 min uduş, yoxsa... - Mislinin növbəti kampaniyası pis vərdişlərə dərin iz açır
Cabir İmanov dəfn edilib... - VİDEO, FOTOLAR (Yenilənib)
"Yaşıl enerji məkanı" üzrə Alt İşçi qrupun III iclası keçirilib
Peşə təhsili müəssisələrinin siyahısı genişləndirilib
“Bəzi qüvvələr Cabiri bir az mənfi tərəfdən..." - Tahir İmanov qardaşı ilə vida mərasimində + VİDEO
Zahid Oruc yazır: "Dünya Azərbaycanın 90-cı illərini yaşayır"
“Özü 3-4 dəfə ərə gedib, həyatı pis gündədir, mənə deyir ki, niyə ərə getmirsən?" - VİDEO
"Mənə göstərilən etimada görə..." - Ayxan Abbasovdan açıqlama
Çin Türkiyənin enerji sektoruna sərmayə qoyacaq - 250 milyon dollar müəssisə qurulur
Əcnəbilərə icbari tibbdan istifadə imkanı yaradılacaq
"Azəriqaz"ın şöbə müdiri bu İnstituta prorektor təyin olundu - Nazirdən maraqlı dəyişiklik
Azərbaycan daha bir ölkədə səfirlik açacaq - Parlament qərar verdi
Rövşən Nəcəf Ayxan Abbasovla görüşdü - FOTO
Sabah yağış yağacaq
"Qalatasaray" - "Liverpul" matçı TRT 1-də yayımlanacaq
Parlamentin qanunvericilik işləri planı qəbul olunub
Madaqaskarda tez-tez işıq, su kəsildi, xalq ayağa qalxdı - Hökumət tam tərkibdə istefaya göndərildi
Qarabağ klubu: "Stadiona tez gəlin"
İzmirdə FETÖ-yə qarşı əməliyyat: 35 nəfər tutulub
Milli Məclis Anım Günü ilə bağlı bəyanat qəbul edib - TAM MƏTN