Bakıda aptekə basqın edən şəxs tutuldu

img

27-04-2020 [09:29]


Bakıda tapançaya oxşar alətlə əczaçını hədələyən şəxs saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Mia.az-a bildirib ki, aprelin 21-də axşam saatlarında Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən apteklərdən birinə üzündə maska olan naməlum şəxs əlində tapançaya oxşar alətlə əczaçını hədələməklə 700 manat pulu quldurluq yolu ilə talayıb.

Bakı ŞBPİ Cinayət-Axtarış İdarəsi və 15-ci Polis bölməsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunan 1979-cü il təvəllüdlü İ.Paşayev müəyyən olunaraq tutulub.

Sabunçu Rayon Polis İdarəsi İstintaq şöbəsində başlayan cinayət işi üzrə, şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA