"Bu yanlış əməliyyat ciddi qüsur yarada bilər" - "Azəriqaz" "10 manalıq hədiyyə" ilə bağlı açıqlama yaydı
26-04-2020 [11:45]
Dünən gecə saatlarından bəzi sosial şəbəkə istifadəçiləri smart-kartlara ödəniş terminallarında əlavə 10 manat vəsaitin hədiyyə edilməsi ilə bağlı yanlış məlumatlar paylaşıb, səs yazıları, elanlar verilib.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Mia.-az-a verilən məlumata görə, bununla da insanların kütləvi aldadılması halları aşkarlanıb.
"“Azəriqaz” İstehsalat Birliyi olaraq bəyan edirik ki, belə məlumatlara aldanmayın və aşağıdakı şərhimizə diqqətlə yanaşın. Ümumiyyətlə smart-kartın bərpası deyilən bir xidmət mövcuddur. Yəni sosial şəbəkələrdə bu barədə yayılan video materialda da həmin proses tam düzgün izah olunur. Smart-kart necə bərpa olunursa, ondan danışılır.
Abonent məsələn, 10 manat vəsait yükləyib. Bu zaman kartı terminaldan tez götürərkən və ya həmin anda internet ötürücülərdə problem yaranarsa, vəsait karta yüklənməyə bilər. Amma ödəniş ödəmə qəbzində əksini tapır. Bir anda abonent vəsaitin yükləndiyini başa düşür və gəlib kartdakı məbləği sayğaca yükləyəndə, sıfır göstəricisi göstərir. Bu halda məsləhət görülür ki, smart-kart təkrar aparılmalıdır ödəniş terminalına və menyuda “Smart-kartın bərpası” seçilməklə əvvəlki məbləğ yenidən yüklənilməlidir. Yəni proses bu qədər sadədir.
Lakin kimlərsə bunu tamam başqa məqsədlərə yönəldib. Dünən gecə saatlarından etibarən belə bir ajiotaj yaradılıb ki, ödəniş terminallarında “Smart-kartın bərpası” düyməsini klikləməklə kartlara əlavə 10 manat da yükləmək mümkündür. Bəziləri bunu “Azəriqaz” İB-nin vətəndaşlara “hədiyyəsi” kimi də qələmə verib. Birliyin sosial şəbəkələrdə apardığı monitorinq zamanı da müşahidə edilib ki, bəzi marketlərdəki ödəmə terminalları qarşısında gecə saatlarında hətta növbələr də yaranıb.
Bildirmək istərdik ki, bu yanlış əməliyyat abonentlərin smart-kartlarında ciddi qüsur yarada bilər. Çünki hər ödəmə bir vahid kod üzərində icra olunur və təkrarsızdır. Yəni kartı ödəmə terminalına zərurət olmadığı halda daxil edib “Smart-kartın bərpası” düyməsini klikləyib əməliyyatı həyata keçirmək, yalnız həmin kartın sıradan çıxmasına gətirib çıxara bilər. Belə olan halda kartda yaranan qüsurlara görə yeni məbləğ yükləniləndə problemlər yaranacaq və bundan başqa abonentlər kartlarının əvvəlki qaydada işləkliyini təmin etmək üçün “ASAN xidmət”, “ASAN Kommunal” və Birliyin xidmət sahələrinə üz tutmalı olacaqlar. Bu zaman onların həm vaxt itkisi ilə üzləşməsi, həm də müəyyən müddətə qazsız qalması qaçılmazdır".
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb