Gəncədə quldurluq edən iki nəfər tutuldu

img

25-04-2020 [13:23]


Gəncədə quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, narkotik vasitə ilə tutulan R.Məmmədovun ətrafında Kəpəz Rayon Polis İdaərsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.İsgəndərli ilə birgə aprelin 23-də həmyerlisi T.Hüseynova zor tətbiq edib, 50 manat pul tələb etmələri, pulunun olmadığını bildirdikdə isə onun mobil telefonunu almaları da müəyyən edilib.

Əməliyyat tədbirləri ilə Ə.İsgəndərli də polis əməkdaşları tərəfindən saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA