"İlqar Məmmədov, Rəsul Cəfərov və daha bir neçə şəxsin məsələsi də..." - Səməd Seyidov siyasilərlə bağlı qərardan danışdı (MÜSAHİBƏ)
24-04-2020 [16:36]
Xəbər verdiyimiz kimi, Aprel ayının 23-də Ali Məhkəmənin Plenumunda ReAL Partiyasının sədri İlqar Məmmədovun, eləcə də hüquq müdafiəçisi Rəsul Cəfərovun barəsində olan hökmlə bağlı işə baxılıb. Hər iki məsələ üzrə şəxslər barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib.
Milli Məclisin Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov Mia.az-ın bu məsələnin Avropa Şurasında qiymətləndirilməsi ilə bağlı suallarını cavablandırıb.
- Səməd müəllim, bu günlərdə ictimaiyyətin diqqət və marağını doğuran əsas xəbərlərdən biri ReAL Partiyasının sədri İlqar Məmmədov və hüquq müdafiəçisi Rəsul Cəfərov barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsdir. Bu məsələnin Avropa Şurasında müzakirə obyekti olması ölkənin məhkəmə sisteminin işinə dair fikrin formalaşmasına nə dərəcədə təsir edir?
- Biz ilk gündən heç bir hüquqi müstəvidə baş verən prosesləri siyasətləşdirməyin düzgün olmadığını vurğulamışdıq. Azərbaycanda məhkəmə, hüquq-mühafizə sisteminə təzyiq göstərmək onların işlərinə müdaxilə etmək Avropa şurasının özünün dəyərlərinə də zidd olan bir məsələdir.
İlqar Məmmədov və Rəsul Cəfərov ilə yanaşı, bir neçə başqa şəxsin məsələsi də Avropa şurasında uzun illərdir ki, müzakirə obyekti kimi diqqətdədir. Avropa insan haqları Məhkəməsi bununla bağlı bir neçə dəfə qərar qəbul edib. Nazirlər komitəsinin pandemiyaya qədər baş tutan sonuncu, yanvar sessiyasında bu məsələ yenidən gündəmə gətirilmişdir. Bir şeyi xüsusi qeyd edim ki, hətta Azərbaycanla bağlı təqdim edilən sənədlərə bu, məsələ bir başa daxil edilmişdir.
Azərbaycan İnsan haqları məhkəməsinin yurisdiksiyası altında olan bir dövlətdir. Biz bu konvensiyaya üzv olmuşuq, bu səbəbdən də insan haqları məhkəməsinin qərarlarını vaxtında və ən əsası Azərbaycanın milli maraqlarına uyğun şəkildə yerinə yetirilməsi ilə bağlı fəaliyyət göstəririk. Hər hansı bir prosesin istintaq-araşdırma mərhələsindən məhkəmə iclaslarının keçirilməsinə qədər aparılan işin vaxtında və obyektiv yerinə yetirilmsəinə hansısa şəxslər müdaxilə edə bilməz.
İlqar Məmmədova və Rəsul Cəfərova dair işlə bağlı bəraətverici əsaslarla xitam, eləcə də onlara kompensasiya ödənilməsinə dair qərarın verilməsi birincisi - Azərbaycanın ali dəyərlərə, insan haqlarına, qanunun aliliyinə münasibətin, ikincisi Azərbaycana və onun məhkəmə, hüquq-mühafizə sisteminə, yaxud ümumiyyətlə siyasətinə təzyiq göstərməyin heç bir əhəmiyyətin olmamasının əyani sübutudur.
Üçüncüsü isə bu qərar Azərbaycana qarşı işləyən, Azərbaycanın siyasətinə müdaxilə etmək niyyətində olan və bu məsələni “məharətlə” istifadə etmək istəyən siyasətçilərin, qruplaşmaların və təşkilatların əlindən bu imkanın birdəfəlik çıxmasına köməklik göstərəcək. Onlar artıq bu məsələdən fürsət kimi istifadə edə bilməyəcəklər.
- Qeyd etdiyiniz kimi bu proses uzun illərdir Avropa Şurasının diqqətindədir. Bəs bu qərar Azərbaycan nümayəndə heyətinin Avropa şurasında fəaliyyəti ilə bağlı hansı nəticələrə gətirib çıxara bilər?
- Aprelin 23-də qəbul edilmiş qərar bizim Avropa şurasında fəaliyyətimizə çox müsbət təsir göstərməklə yanaşı, Azərbaycanın müstəqil siyasət aparmasının, siyasi iradəsinin bir də təzahürü və təsdiqidir. Əminəm ki, nəinki Avropa Şurasında fəaliyyətimizə, ən əsası Dağlıq Qarabağ probleminin obyektiv müzakirə olunmasına bilavasitə təsir göstərəcək. Son zamanlar Azərbaycanın iradəsinə müdaxilə etmək cəhdləri ilə özünü gülünc vəziyyətdə qoyan Ermənistanın siyasi rəhbərliyi, mnatsakanyanlar, Qarabağ separatçıları, paşinyanlar nə qədər çalışsalar da Azərbaycanın beynəlxalq hüquqa əsaslanan milli maraqlarını əks etdirən, bununla da dünyanın aparıcı ölkələri tərəfindən rəğbət qazanmış xarici siyasətinə və siyasi iradəsinə müdaxilə edə bilməyəcəklər.
Azərbaycanın məhkəmə sisteminin müstəqil və Azərbaycan konstitusiyasının əsasında beynəlxalq qanunun prinsiplərinin ehtivası kimi qiymətləndirilməli olan bu, qərarla bağlı Avropa Şurasının Baş katibi Mariya Pejçinoviç Buriçin verdiyi bəyanatında, İlqar Məmmədov və Rəsul Cəfərova Ali Məhkəməsi tərəfindən bəraət verilməsinin müsbət qarşılandığını, Avropa Şurasının Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Avropa Şurasının Parlamentlərarası Asambleyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa şurasının prezidenti Rik Dayensə məlumat məktubu göndərib.
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir