“Ali Attestasiya Komissiyası ləğv olunmalı,  AMEA isə...” - Deputat Ramiz Mehdiyevi hədəfə aldı

img

24-04-2020 [15:26]


"Ali Attestasiya Komissiyası SSRİ dövründən qalma bir qurumdur".

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, Ali Attestasiya Komissiyası ləğv edilməlidir.

Q.Həsənquliyev həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının müasir, özəl universitetə çevrilməsi təklifini də səsləndirib.

“Elmlər Akademiyası özəl universitetə çevrilməlidir, başına da gənc bir kadr gətirilməlidir”, - deputat əlavə edib/Report.

Xatırladaq ki, AMEA-nın rəhbəri akademik Ramiz Mehdiyevdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA