İlqar Məmmədova bəraət verildi, partiya sədrinə 234 min ödəniləcək - Ali Məhkəmədən gözlənilməz qərar

img

23-04-2020 [11:15]


Ali Məhkəmənin plenum iclasında REAL sədri İlqar Məmmədovun cinayət işi üzrə şikayətə baxılıb.

Mia.az xəbər verir ki, keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən İlqar Məmmədov barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

Bundan əlavə, partiya sədrinə 234 min manat kompensasiya ödənilməsi haqda qərar çıxarılıb.

Qeyd edək ki, İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib. O, 2018-ci il avqustun 13-də Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb, cəzanın çəkilməmiş hissəsi şərti hesab olunub.

İlqar Məmmədov Ali Məhkəməyə kassasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.

Ali Məhkəmədə onun şərti cəzası ləğv edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA