Bu deputatlara MM-də yeni vəzifələr veriləcək - SİYAHI

img

22-04-2020 [23:50]


Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərliyinə gətiriləcək bəzi deputatların adları müəyyənləşib.

Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupuna Nizami Səfərovun, Azərbaycan-Amerika parlamentlərarası işçi qrupuna Səməd Seyidovun, Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupuna Arzu Nağıyevin rəhbər seçiləcəyi gözlənilir.

İtaliya üzrə işçi qrupa Azər Kərimli, Fransa üzrə işçi qrupa Soltan Məmmədov, Türkiyə üzrə işçi qrupa Əhliman Əmiraslanov, Ukrayna üzrə işçi qrupa Rüfət Quliyev rəhbər gətiriləcək.

Qeyd edək ki, müvafiq məsələ Milli Məclisin aprelin 24-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq /Modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA