Bakcell “Asan Xidmət”lə əməkdaşlığı davam etdirir
22-04-2020 [19:34]
Dünyada koronavirusun yayılması ilə əlaqədar olaraq Bakcell şirkəti ölkəmizdə həyata keçirilən genişmiqyaslı qabaqlayıcı tədbirlərə qoşulub.
Mia.az xəbər verir ki, abunəçilərinin və əməkdaşlarının təhlükəsizliyini təmin etmək və bütün mümkün risklərin qarşısını almaq məqsədilə şirkət müvafiq dövlət qurumları tərəfindən bu istiqamətdə atılan addımlara xüsusi dəstək göstərir.
Bakcell, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Daxili İşlər Nazirliyi tərəfindən yaradılan "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi" vasitəsilə vətəndaş sorğularının tez bir zamanda cavablandırılması üçün pulsuz SMS icazəni təmin edib.
Bu sistemin fəaliyyətə başlaması üçün texniki inteqrasiya tədbirləri qısa müddət ərzində həyata keçirilib. Xidmət işə başlayandan sonra isə Şirkət "Asan Xidmət"lə birlikdə hər gün sistemin monitorinqini aparır.
Bununla yanaşı, 8103 qısa nömrəsinə mesaj göndərilməsi ilə bağlı abunəçilərin suallarının cavablandırıması üçün Şirkətin 555 Əlaqə Mərkəzi və digər müvafiq strukturları gücləndirilmiş iş rejimində çalışır. Müxtəlif mobil cihazlar vasitəsilə 8103 nömrəsinə mesaj göndərə bilməyən abunəçilərə kömək məqsədilə xüsusi video material hazırlanaraq "Bakcell"in sosial media səhifələrində yerləşdirilib (videoya keçid etmək üçün bu linkə daxil olun - https://www.facebook.com/Bakcell/videos/225149435210696/ )
Xatırladaq ki, Bakcell ölkədə koronavirusa qarşı mübarizə üzrə həyata keçirilən genişmiqyaslı tədbirləri dəstəkləmək üçün bir sıra mühüm layihələr həyata keçirib. Belə ki, şirkət Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manat ianə etməklə yanaşı, Azərbaycana süni tənəffüs aparatları, bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları, eləcə də koronavirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən 3000 ədəd ekspress-testin gətirilməsi üçün iri həcmdə vəsait ayırıb. Bundan əlavə, Bakcell karantin mərkəzlərində çalışan tibbi heyətə təşəkkürünü ifadə etmək üçün açıqca vasitəsilə mesajlar göndərib və bütün karantin mərkəzlərinin həkimlərinə və müxtəlif karantin mərkəzlərində karantində saxlanılan vətəndaşlarımıza isə ödəmə kartları hədiyyə edib. Bakcell abunəçiləri öz telefonlarının ekranlarında "evdə qal" çağırışını görürlər. 1542 qaynar xətt nömrəsinə zənglər də bütün Bakcell abunəçiləri üçün tamamilə pulsuzdur.
Həmçinin, Bakcell ölkənin bütün regionlarında onlayn satış və çatdırılma xidmətini təqdim edib, xüsusilə vacib olmadıqda, Müştəri Xidməti Mərkəzlərinə getmək əvəzinə "Mənim Bakcellim" tətbiqetməsindən istifadəni və ya 555 Əlaqə Mərkəzinə zəng etməyi tövsiyə edib.
Bakcell şirkəti həssas əhali qruplarına dəstək göstərmək üçün digər Korporativ Sosial Məsuliyyət təşəbbüsləri də həyata keçirir.
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...