"Nikah yaşı 1 il azaldılmasın, 18 yaşına çatmayanlarla cinsi əlaqə cinayət sayılsın" - Ombudsman
22-04-2020 [11:45]
Ombudsman erkən evlilik hallarının aradan qaldırılması məqsədilə təkliflərlə çıxış edib.
Məlumata görə, təklif parlamentin aprelin 24-də keçiriləcək plenar iclasının gündəliyində salınmış Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə məruzəsində yer alıb.
Məruzədə qeyd edilib ki, Cinayət Məcəlləsinin 152-ci maddəsində “on altı yaşına” sözlərinin “on səkkiz yaşına” sözləri ilə əvəz edilməsi məqsədəuyğun olar. Bununla, on səkkiz yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə cəzalar müəyyənləşdirilməlidir.
Məruzədə bildirilir ki, erkən evliliyin və bunun nəticəsi olan erkən hamiləliyin, habelə qeyri-rəsmi nikahların qarşısının alınması qadın hüquqlarının təmin edilməsi istiqamətində ciddi problem olaraq qalmaqdadır. Ombudsman hesab edir ki, istər fizioloji, istərsə də psixoloji cəhətdən ana olmağa hazır olmayan azyaşlı qızlar təhsildən kənarda qalmaqla öz hüquqlarını müdafiə etmək, fiziki və əqli potensialını gerçəkləşdirmək imkanını itirirlər.
Ombudsman erkən evlilik hallarının aradan qaldırılması məqsədi ilə Cinayət Məcəlləsinə və Ailə Məcəlləsinə müvafiq dəyişiklik olunmasını təklif edib. Hazırda Cinayət Məcəlləsinə əsasən (152-ci maddə), 16 altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni zamanda həmin cinayətlərə görə məsuliyyət göstərilən əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır.
Ombudsman Cinayət Məcəlləsində 16 yaşın 18 yaşla əvəzlənməsini təklif edir. Bununla, eyni zamanda 16 yaşına deyil, 18 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmənin üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılması təklif olunur. O cümlədən göstərilən əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki ildən çox olduqda cinayət məsuliyyətinin yaranması barədə müddəanın ləğvi zəruri sayılır. Başqa sözlə, Ombudsman bu əməli törətmiş şəxslə zərərçəkmiş şəxs arasında yaş fərqinin cinayət məsuliyyətinin yaranmasının qarşısını almasını düzgün hesab etmir.
Qeyd edək ki, Ailə Məcəlləsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Bununla belə, Ailə Məcəlləsinin 10.2-ci maddəsinə əsasən, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Ombudsman Ailə Məcəlləsinin 10.2-ci maddəsinin də ləğv edilməsini təklif edib. Ombudsman heç bir halda nikah yaşının 1 il azaldılmasına (17 yaşa) yol verilməməsinin tərəfdarıdır.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı bildirib ki, nikah yaşının bərabərləşdirilməsi ilə bağlı Ombudsmanın bundan əvvəl də dəfələrlə təklifləri olub: “Burada məqsəd erkən nikahların qarşısının alınması, qadınların hüquqlarının müdafiəsidir. Ombudsmanın hesabatında yer alan təklifin digər əsas məqsədi bizim tərəfdar çıxdığımız beynəlxalq sənədlərdə, xüsusilə Uşaq Hüquqları Konvensiyasında 18 yaşına qədər insanların uşaq sayılmasıdır. Biz məsələyə yalnız bu prizmalardan baxırıq. Hüququn aliliyi məsələsi adət-ənənədən hər zaman üstün tutulmalıdır və bu məsələyə yanaşmada biz bunu əsas götürmüşük. Bu təklifimiz hüququn aliliyinin təmin olunmasına yönəlib”./APA
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...