İcra başçısı sahibkarı məhkəməyə verdi - Əmlaklarının siyahısını yaydığına və...
22-04-2020 [10:42]
Şəmkirin icra başçısı Alimpaşa Məmmədov Şəmkir Şampan Şərabları ASC-nin direktoru Hafiz İbrahimovu məhkəməyə verib.
“Yeni Sabah” xəbər verir ki, Ovqat.com-a məlumatı Hafiz İbrahimov verib.
Onun bildirdiyinə görə, proses Şəmkir rayon Məhkəməsində baş tutacaq.
Maraqlıdır ki, Hafiz İbrahimov Bakıda qeydiyyatdadır və məhkəmə predmeti olan əməli də öz evində “törədib”. Elədirsə, Alimpaşa İbrahimov niyə onu Bakıda deyil, özünün rəhbərlik etdiyi rayonda məhkəməyə verib? Yoxsa, o, öz rayonundakı məhkəməyə sözünin daha çox keçəcəyindən arxayındır? Qanunvericiliyə görə isə, bu, yolverilməzdir. Görəsən, Şəmkir rayon məhkəməsi bu barədə nə düşünəcək?
Sualın cavabını, yəqin ki, sabah, aprelin 23-də keçiriləcək məhkəmə iclasında öyrənəcəyik.
Hələlik isə bildiyimiz odur ki, Alimpaşa Məmmədov iş adamını bir məsləhətinə görə məhkəməyə verib. İş adamı həmin məsləhətini facebookda paylaşmış.
“Cənab Prezident ilkin mərhələdə vətəndaşlarımıza dəstək ücün Ehtiyat Fondundan bir milyard manat vəsait ayrılması haqqında göstəriş verdi. O, həmcinin bir illik əmək haqqını karonavirusla mübarizə fonduna kecirdi. Birinci vitse-prezident Mehriban xanım da bu təşəbbüsə qoşuldu. O da bir illik əmək haqqını Fonda bagışladı. Sözügedən təşəbbüsə bir cox iş adamları və icra strukturları qoşularaq karanovirusa qarşı 100 milyondan cox yardım etdilər. Amma görünən budur ki, Şəmkir kimi imkanlı rayonun icra hakimiyyəti bu yardımdan kənarda dayanıb”.
İş adamı facebook səhifəsində paylaşdığı statusunda bir şəmkirli kimi Alimpaşa Məmmədovun “xəsisliyindən” xəcalət çəkdiyini ifadə edərək yazıb: “…hesab edirik ki, İcra Hakimiyyətinin başcısı Alimpaşa Məmmədov yardım işlərində daha fəal olmalıydı”.
Hafiz İbrahimov statusunda Alimpaşa Məmmədova yardım edəcəyi vəsaitin mənbəyini də göstərmişdi:
“Hansı mənbələr həsabına yardım edə biləcəyini də cənab başcı Alimpaşa Məmmədovun diqqətinə catdırmağı özümüzə borc bilirik:
Şəmkir cayının qarşısında iki milyon manata tikdirdiyi Qızıl Balıq Yetişdirmə Zavodundan;
Şəmkir bələdiyyələrinin adına götürdüyü 38 milyon kreditdən;
Rayon Sovetinin dördmərtəbəli binasının yerini satdığı bir milyon manatdan;
Uşaq xəstəxanasının beş hektara yaxın yerini satdığı 4.5 milyon manadan;
S. Vurgun kücəsində Prezidentin göstərişi ilə vətəndaşların mənzil şəraitinin yaxşılaşdırlması məqsədi ilə qəzalı olan ikimərtəbəli binanın sakinləri yeni mənzillərə köcürülündən sonra binanın yerini satdığı 230 min manatdan;
Yenə Cənab Prezidentin Sərəncamıyla vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq ücün üc qəzalı vəziyyətdə olan binanın sakinləri yeni təmir olunmuş mənzillərlə təmin olunmuşdu. Şəmkir icra başcısı və bandası 60 sota yaxın ərazini sotu 10 mindən satdığı vəsaitdən;
İcra Hakimiyyətinin həyətinin bir hissəsini yaxınlıqdakı restorana kabinetlər tikilməsi ücün satdığı vəsaitdən;
Morul arxının kənarını bütövlükdə qanunsuz olaraq-ayrı ayrı iş adamlarına obyekt yeri kimi satdığı vəsaitlərdən”.

“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...