İtaliyada təxirə salınan oyunların keçirilməsinə qərar verildi

img

21-04-2020 [09:49]


İtaliya A Seriyası Liqası Şurasının iclası keçirilib.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, iclasda 2019/2020 mövsümünün pandemiyaya görə dayandırılmış digər matçlarının başa çatdırılması barədə qərar qəbul edilib.

"İtaliya A Seriyası Liqasının Şura iclası hökumətin icazə verəcəyi təqdirdə, 2019/2020 mövsümü matçlarının oynanılıb başa çatdırılması barədə niyyətini yekdilliklə təsdiqləyib.

“İkinci mərhələ” adlandırılan idman fəallığının bərpa edilməsi FİFA və UEFA-nın göstərişlərinə, İtaliya Futbol Federasiyasının qərarlarına, həmçinin futbolçuların və bütün işçilərin müdafiəsi üzrə tibbi protokollara uyğun olacaq", - A Seriyanın rəsmi saytında dərc edilmiş bəyanatda deyilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR