Azərbaycan çempionatının bombardiri indi usta yanında fəhlə işləyir
27-04-2020 [16:48]
"Saytlar 2-3 gündür Rövşən Əhmədovla bağlı yazırdılar. Ona həm Gənclər və İdman Baş İdarəsi, həm də "Kəpəz" klubu sovqat göndərmişdi".
Mia.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Kəpəz” klubunun Müşahidə Şurasının üzvü, millət vəkili Müşfiq Cəfərov komandanın sabiq hücumçusu barədə danışarkən deyib.
O bildirib ki, veteran futbolçunu tanıyan insanlar çoxdur: "Futbol həvəskarları, xüsusən də "Kəpəz"in azarkeşləri yetərincədir. Gəncə şəhəri həmişə futbolla nəfəs alıb. Fikirləşdik ki, araşdıraq, görək özü hazırda nə işlə məşğuldur, vəziyyəti nə yerdədir".
Deputat xatırladıb ki, bir çox işləyən şəxs pandemiya dövründə işsiz qalıb və hazırda evdədir. O, Rövşən Əhmədovun statusunu müəyyənləşdirmək istədiklərini söyləyib: "Bilmək istəyirik ki, Əhmədov pandemiyadan sonra hansısa işlə məşğul olacaqmı? Futbolçu olduğu üçün istəyərdik ki, futbolda olsun və öz fəaliyyətini bu sahədə davam etdirsin. Elə bir niyyətimiz də var. Araşdıracağıq, nə olsa, açıqlama verərik".
Cəfərov veteran futbolçu ilə danışdığını sözlərinə əlavə edib: "Mənə dedi ki, usta yanında fəhlə işləyir və futbola qayıtmağı da çox istəyir. Dedi ki, fəaliyyətim futbolla bağlı olub. Gəncə vağzalı yaxınlığında stadion var. Söylədi ki, orada iş alınsa, lap yaxşı olar. Əslində o, sakinlər üçün tikilmiş stadiondur. Stadionun vəziyyəti ilə maraqlanacağam. Əhmədov məşqçi kimi də çalışıb. Dedi ki, 6-7 ildir bu sahədən uzaqlaşıb. Əlimizdən nə gəlirsə, köməklik etməyə çalışacağıq".
Qeyd edək ki, Rövşən Əhmədov "Kəpəz"in heyətində 3 dəfə çempion, 1996/1997 mövsümündə 23 qolla komanda yoldaşı Fazil Pərvərovla birgə Azərbaycan çempionatının bombardiri olub.
Ərdoğan İrana hücumdan danışdı: "Biz qan tökülməsinin, göz yaşlarının dayanmasını və..."
Ramazanın 13-ci gününün duası: imsak və iftar vaxtı
İranın nüvə obyektləri bombalanıb
Dövlət Agentliyinin kollegiyasının tərkibi təsdiqləndi - Qərar
Xadimələr belə, ixtisara salınır, ancaq şirkət prezidenti və... - Komitə sədri SOCAR-dakı "baş-ayaq" kadr siyasətindən elə faktları sadaladı ki...
Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib
"QatarEnergy" LNG istehsalını dayandırdı
ABŞ İran hücumlarında 4 hərbçini itirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah 2026-cı ilin ilk Ay tutulması olacaq
İlham Əliyev Rusiya rəsmisini qəbul etdi - MÜZAKİRƏ + FOTOLAR
Ceyhun Səfərə "BakuBus”da vəzifə verilib
"Azəriqaz”ın 5 milyon manatdan artıq borcu var
Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb - Detallar
Azərbaycan və Bəhreyn XİN başçıları müzakirə aparıblar - Açıqlaça
Tehrana ağır zərbələr endirilir
Ağdərədə istismar müddəti bitmiş döyüş sursatları məhv ediləcək
Hakan Fidanla Ceyhun Bayramov telefonda danışdı
"Neftçi"nin "Şamaxı" ilə oyununda son saniyədə təyin olunan penalti... - AFFA-dan açıqlama
Netanyahunun Ofisi "Xayber" raketləri ilə vurulub? - İran "hə" deyir, İsrail hələlik susur
Prezident tibbi sığorta ilə bağlı dəyişikliyi təsdiqlədi - Müştərək maliyyələşmə...
Prezident İlham Əliyev sərəncam imzalayıb
YENİ YAŞ: UĞURLU TƏYİNAT OLAN YERDƏ...
Rəqqasə Fatimə ilə şairə Nazilə Səfərli barışdı
Sabah hava necə olacaq? - Proqnoz
İRAN SƏUDİYYƏNİ "CAN DAMARI"NDAN VURDU - FOTOLAR
ABŞ-ın "Məğlubedilməz" ləqəbli qırıcları vurulub - Küveytdən "bir neçə qırıcı vurulub" etirafı gəldi (FOTOLAR)
Ceyhun Bayramov Qazaxıstan XİN başçısı ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Məşhur bələdiyyə sədri və daha 12 nəfər məhkəməyə aparılıb
Siyəzən rayonunda yeniyetmə qızın meyiti tapılıb
Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
"İranda Azərbaycan vətəndaşlarının xəsarət alması barədə yeni məlumat daxil olmayıb" - XİN açıqladı
“Bakcell” müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Müharibə Avropa İttifaqının sərhədinə çatdı - Britaniya bazasına PUA hücumu oldu (FOTO)
Tanınmış ekspert barədə məhkəmə qərarı dəyişib
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
Livanda məktəblər bağlandı - İsrailin hücumlaırna görə
İrandan Azərbaycana 60-a yaxın əcnəbi təxliyə olunub
Pakistanda komendat saatı elan olundu - Xameneini ölümünə görə
İsrail Livanı bombaladı: 31 nəfər ölüb, 149 nəfər isə yaralanıb
AAYDA-da "qaynayır" - Daha bir rəis haqqında yeni iddialar yayıldı