AXCP üzvü məhkəmə zalında həbs olundu - Hakim 2 il 3 ay cəza kəsdi

img

20-04-2020 [13:48]


Salyan rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Əlizamin Salayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Mia.az “Report”a istinadala xəbər verir ki, prosesdə Ə.Salayev 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Ə.Saleyev qonşusu Coşqun Nuriyevə xəsarət yetirməkdə ittiham edilib. Onun barəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham verilib.

Həmçinin Salyan rayon Polis Şöbəsinin təhqiqat bölməsinin rəisi Həmzə Əzizov Salyan rayon Məhkəməsində barəsində video yaydığı üçün Ə.Salayevin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə barəsində xüsusi ittiham qaydasında cəzalanmasını tələb edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA