Etibar Məmmədov: "Çox ciddi dəyişikliklərə ehtiyac var..." - MÜSAHİBƏ
19-04-2020 [12:31]
Koronavirus pandemiyasının nəticələri, Azərbaycanda bununla bağlı görülən tədbirlərin qiymətləndiirlməsi və digər məsələlərlə bağlı AMİP-in fəxri lideri Etibar Məmmədov Moderator.az-ın suallarını cavablandırıb.
Mia.az həmin müsahibəni təqdim edir:
- Etibar bəy, karantin rejimini necə və harada keçirirsiniz?
- Bakıdayam, hamı kimi qaydalara riyaət edirik.
- Pandemiyaya qarşı Azərbaycanda aparılan işlərlə bağlı nə deyə bilərsiz?
- Koronavirus pandemiyası bütün dünyanı əhatə edib. Təbii ki, Azərbaycan da bundan kənarda qala bilməzdi.
Ancaq Azərbaycanın vaxtında preventiv tədbirlər görməsi yaxşı hal idi. Bu tədbirlər də öz nəticəsini göstərdi. Bizim həkimlərimizin fədakarlığı, o cümlədən təşkilati işin uğurlu aparılması sayəsində xəstəlik geniş yayılmadı və son statistikalar göstərir ki, azalmağa doğru gedir. Digər tərəfdən, mənim müşahdəmə görə, digər ölkələrlə müqayisədə Azərbaycan əhalisi karantin vəziyyətində özünü daha intizamlı göstərdi. Qoyulmuş qaydalara əhali daha yaxşı riayət edir və bunun da nəticəsi müsbət təzahür edir.
Onu da qeyd edim ki, bu pandemiya ümumi bir bəladır və biz hamımız bu bəlanın qarşısının alınmasında iştirak etməliyik. Bu, hər kəsə aid olan problemdir. Karantin qaydalarından kənara çıxmaq hər birimizin özü və ailəsi üçün təhlükə ola bilər.
- Pandemiyanın dünyada yeni münasibətlər sistemi yaradacağı barədə proqnozlar səsləndirilir. Siz bu iddiaları necə qiymətləndirirsiniz?
- Təbii ki, münasibətlərdə dəyişikliklər olacaq. Artıq bu prosesin getdiyi göz önündədir. Pandemiya dünyanın bütün iqtisadi sistemini durğunluq vəziyyətinə gətirib. Ölkələr arasındakı əlaqələr minimuma enib. Demək olar ki, dünyanın hər yerində sənaye müəssisələrinin işləri dayanıb və yaxud xeyli məhdudlaşıb.
Bir sıra ölkələr dövlət büdcəsi hesabına bu zərərləri qarşılamağa çalışırlar. Hər ölkə bunu müxtəlif formada həyata keçirir. Lakin iqtisadiyata dəyən bu zərərin bərpa olunması uzun müddət vaxt alacaq.
- Azərbaycan hökumətinin koronavirusla mübarizə tədbirləri böhrana adekvatdırmı?
-Bununla bağlı bir məsələni xüsusi qeyd etmək istəyirəm. Mən ilk dəfədir müşahidə edirdim ki, bu hökumət nəhayət vahid komanda kimi fəaliyyət göstərə bildi. Pandemiya ilə bağlı komanda birgə işləməyə başladı və bunun da müsbət nəticələri özünü göstərdi. Yəni, hökumətin bütün zümrələri nəhayət ki, komanda şəklində işləməyin nümunəsini göstərə bildilər.
Uzun müddət idi ki, Azərbaycanda hökumətin varlığını heç kim hiss etmirdi. Yəni prezidentin fərmanları, sərəncamları olurdu, bu ayrı. Bir də var ki, onların icrası ilə məşğul olan hökumət. İlk dəfə idi ki, Operativ Qərargah timsalında hansısa krizis idarə olunmağa başladı. Əsas odur ki, pandemiyanın yaratdığı krizis hökumət tərəfindən idarə olunan səviyyədədir. Bununla da hökumət ilk dəfə öz mövcudluğunu göstərdi.
Görünən odur ki, biz digər ölkələrlə müqayisədə böhranı qismən yaxşı keçirəcəyik. Əsas odur ki, pandemiya geniş yayılmadı.
- Sizcə, hökumətin vahid təşkilatçılığının təzahürü nə ilə bağlı idi?
- Hökumətdəki kadr dəyişikliyi və gənclərin cəlb edilməsi fəaliyyəti daha da operativləşdirib. Bu, krizislə bağlı fəaliyətin müsbət nəticələrində özünü göstərdi. Ümid edirik ki, gələcəkdə bu proses digər sahələrdə də davam etdiriləcək.
- İslahatlardan söz düşmüşkən, son aylarda ölkədə aparılan kadr dəyişikliklərinə münasibətiniz necədir? Yeni parlamentdə də bir sıra dəyişikliklər baş verdi.
-Bütün bunlar hər kəsin istədiyi və gözlədiyi dəyişikliklər hesab edilə bilər. Hamının istəyi odur ki, daxili siyasətdə dəyişiklik baş versin, yumşalma olsun, qarşıdurmalar olmasın və siyasət düşmənçilik arenasına çevrilməsin. Ona görə də istənilən dəyişikliyi müsbət qəbul etmək lazımdır, ancaq bunu kifayət hesab etmək olmaz. Bu, lazım olanın kiçik bir hissəsidir. Hətta, deyərdim ki, çox kiçik bir hissədir.
- Yəni, prosesi tamamlanmış hesab etmək tezdir sizcə?
- Bəli. Bundan sonra da çox ciddi dəyişikliklərə ehtiyac var. Bunların həyata keçirlməsi hər bir Azərbaycan vətəndaşının arzususdur. Hər bir vətəndaş dövlətin idarə olunmasında özünü məsul hiss etməlidir. Digər tərəfdən idarə edənlər də buna şərait yaratmalıdır. Hakimiyyət elə etməlidir ki, hər kəs bu prosesdə iştirak edə bilsin. Bu da təbii ki, hələlik yeni yol kəşf olunmadığına görə, yalnız seçki yolu ilə baş verməlidir. Buna görə də seçki islahatları da dərinləşməlidir. Seçki sistemində də, parlament sistemində də hələlik problemlər var, parlamentin səlahiyyətləri məsələsinə də baxılmalıdır. Bir sözlə, xeyli dəyişikliklərə ehtiyac var hələ.
Ona görə də bu dəyişim prosesini nə çox şişirtmək lazım deyil, nə də təbii ki, çox kiçiltmək də olmaz. Əsas odur ki, proses var və davamlı olmalıdır. Dünyada gedən proseslərə uyğun olaraq bu dəyişiklikləri dərinləşdirmək zəruridir. Azərbaycan xalqı bundan da artığına layiqdir.
- Etibar bəy, ən böyük problemimiz olan Dağlıq Qarabağla bağlı sual verməsək olmaz. 30 ildir davam edən nəticəsiz prosesi dəyişmək üçün konkret hansı addımlar atılmalıdır?
- Bu məsələ ilə bağlı dəfələrlə demişik. Bu, mənim təmsil olunduğum siyasi təşkilatın da, mənim də şəxsi mövqeyimdir ki, Dağlıq Qarabağ probleminin həlli yolu yalnız hərbi-siyasi yoldur.
Hər şey nəticəyə bağlıdır. Aparılan danışıqlar və görülən işlər nəticə vermirsə, bunu qəbul edilən hesab etmək olmaz. Nəticənin olması üçün isə hərbi-siyasi yol seçilməlidir. Düşmənlə düşmən kimi rəftar etmək lazımdır. Bunun üçün həm də müvafiq qanunvericilik aktları qəbul edilməlidir.
Hələ ki, işğal olunmuş ərazilərlə bağlı bizdə qanun qəbul edilməyib. Düşmən dövlətlə əlaqələr haqqında da qanun olmalıdır. Bu qanunlar qəbul edilməldiri ki, hər kəs: sıravi vətəndaşdan tutmuş vəzifəli şəxsədək nə edib, nə edə bilməyəcəyini bilsin.
Prokurorluq orqanlarında yeni qəbul edilən işçilər and içiblər
Biləsuvarda zəlzələ olub
Vaqif Allahverdiyevə ittiham elan olunub
“Xalq Sığorta”, AtaSığorta... - Bu sığorta şirkətlərindən şikayətlər pik həddə çatıb + CƏDVƏL
Ev kirayə verənlərin nəzərinə: cərimə 5 dəfə artırılıb
Bakda 52 yaşlı şəxs 7 kq narkotik vasitə ilə tutulub
"Bakı Metropoliteni" QSC-də yoxlama: pozuntular aşkara çıxarıldı
Əhaliyə hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
Məmur olmaq istəyən 1500 nəfər imtahan verəcək - Bu tarixdə
Ali Məhkəmə müflis bankların ödəmə tapşırıqları barədə vahid qərar verdi - DETALLAR
İranda aksiyalarda ölənlərin sayı artıb - 133 polis, 505 etirazçı...
"İranı dərhal tərk edin" - ABŞ-dan vətəndaşlarına xəbərdarlıq
Xəzər Universitetinin nümayəndə heyəti Ankaraya işgüzar səfər edib - Çoxsaylı görüş və razılaşmalar olub (FOTOLAR)
Ağ Ev sözçüsü İrana hücum planının masada olduğunu deyir: "Bunu Tehran rejimindən yaxşı da heç kim bilmir"
Qəzza zolağında gərginlik - Üç fələstinli həlak olub
Somali BƏƏ ilə bütün dplomatik əlaqələri kəsdi - Təhlükəsizlik və müdafiə üzrə sazişlər ləğv edildi
ABŞ Tehran rejimini sıxır - İranla ticarəti olan ölkələrə əlavə tarif tətbiq olunacaq
İspaniya XİN başçısı: "NATO lazım gələrsə, Qrenlandiyanın təhlükəsizliyini gücləndirə bilər"
İranın Rəşt bazarında 300-dən çox mağaza yandırılıb - Ölkədə 53 məscidə də od vurulub
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: saxlanılanlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xabi Alonso istefaya göndərilib
Mübariz Mənsimovu kim "vurdurur" və ya Türkiyədəki saxta xəbər Azərbaycan "bazarı"na necə girib?
Əli Kərimlinin müavini istintaqa çağırıldı - Ramiz Mehdiyevlə bağlı
"Beşiktaş" Emmanuel Aqbadunu transfer edir
Denis Draquş "Qaziantep"ə transfer olunub
"Azercell Telecom" yeni rouminq paketlərini istifadəyə verir
"Trabzonspor" Serdar Saatçını icarəyə verib
"Qalatasaray" Can Armando Günerin transferində "dalan"a dirənib
"Beşiktaş" Qabriel Paulista ilə yolların ayırıb
Solovyova görə Ermənistan Rusiyaya nota verib
Özbəkistan və Türkiyə arasında strateji tərəfdaşlığın gücləndirilməsi müzakirə edilib
Xaricdə təhsil üzrə Dövlət Proqramı: universitet və proqramların siyahısı təsdiqləndi
Tramp özünü "NATO-nun xilaskarı" adlandırıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Azərbaycanda havanın temperaturu 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Şəkidə 66 yaşlı kişi öldürülüb
Qaribaşvili beş il müddətinə azadlıqdan məhrum edilə bilər
Bu gün geomaqnit qasırğası gözlənilir
Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb
PREZİDENT MÜŞAVİRƏ ÇAĞIRDI - Müzakirə + FOTOLAR (Yenilənib)
Azərbaycan və Sudan XİN-ləri arasında siyasi məsləhətləşmə keçirilib