DTX: "Gürcüstanda Azərbaycan və Türkiyə ilə münasibətlərə qəsdən zərər vurma cəhdləri var"

img

16-04-2020 [11:57]


“Regionda geosiyasi çağırışlar fonunda Gürcüstan Türkiyə və Azərbaycanla mehriban qonşuluq münasiətlərini sabit olaraq davam etdirir”.

Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) illik hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, mövcud ikitərəfli münasibətlərə qəsdən zərər vurmaqla bağlı daimi olaraq birbaşa və ya dolayı müdaxilələr möcvuddur.

Hesabata əsasən, ötən il müxtəlif siyasi və vətəndaş qruplarının Rusiyadan gələn təhlükələri, həmçinin işğal altında olan ərazilər məsələsini gizlətməyə cəhdlərlə bağlı tendensiya müşahidə olunub: “Həmin qüvvələr Türkiyə və Azərbaycanla münasiətlərdə destabilizasiya yaratmağa çalışıblar. Bəzi qruplar Gürcüstanın müəyyən bölgələrində baş verənləri Rusiyanın işğalı ilə bərabər tutmağa cəhdlər ediblər”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA