"Səhra çəyirtkələrinin may-iyun aylarında Azərbaycana miqrasiyası baş verə bilər" - Rəsmi
16-04-2020 [11:40]
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) son günlər sosial şəbəkələrdə “çəyirtkə işğalı” və bunun respublikamızın kənd təsərrüfatına mənfi təsir edəcəyi barədə yayılan məlumatlara münasibət bildirib.
Agentlikdən Mia.az-a verilən məlumata görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) rəsmi məlumatına görə 2020-ci ilin əvvəllərindən əlverişli iqlim şəraiti səhra çəyirtkəsinin Şərqi Afrika, Cənub-Qərbi Asiya və Qırmızı dəniz ətrafı ərazilərdə intensiv çoxalmasına səbəb olub:
"Efiopiya, Somali və Keniya ilə yanaşı, səhra çəyirtkələri artıq İran və Pakistan ərazisinə də yayılıb. Sürətli çoxalma qabiliyyətinə malik olan bu zərərvericinin 3 ay sonra sayı 20 dəfə, 6 ay sonra 400 dəfə, 9 ay sonra isə 800 dəfə arta bilir. Yarım-quraq və quraq yerlərə üstünlük verən səhra çəyirtkəsi yumurtalarını rütubətli qumsal torpaqlara qoyur. Eyni zamanda, gün ərzində külək istiqamətində 150 km-ə qədər uça bilir.
İl ərzində 2-5 nəsil verə bilən bu zərərverici müxtəlif otlarla, ağaclarla qidalanaraq onların yarpaqlarını, gövdələrini, çiçək və meyvələrini yeyir. Hər fərd orta hesabla gün ərzində öz çəkisi qədər qidalanır. Səhra çəyirtkəsinin inkişafı üçün optimal temperatur 24-32ͦC hesab olunur.
Nəzərə alsaq ki, çəyirtkələrin bədən temperaturu havanın temperaturundan çox asılıdır, indiki şəraitdə səhra çəyirtkəsinin Azərbaycan ərazisinə miqrasiyaetmə ehtimalı yoxdur. Sözügedən zərərvericilər şaxtaya davamlı olmadığından Azərbaycan şəraitində qışlaya bilmir. Bu səbəbdən də respublika ərazisində daimi məskunlaşma imkanları yoxdur. Lakin may-iyun ayları ərzində miqrasiya baş verə bilər.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi tərəfindən gələcəkdə səhra çəyirtkəsinin ölkəmizə hər hansı bir miqrasiya ehtimalları nəzərə alınaraq müvafiq mübarizə tədbirlərinin aparılması üçün hazırlıq işləri həyata keçirib".
Qubada səkkiz nəfər qidadan zəhərlənib
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...