Milli Məclisin polis postunda olay yaradan əməkdaşı haqda sensasion iddialar yayıldı - FOTO
13-04-2020 [16:27]
Milli Məclisin işçisi olan Rəmzi Şükürovun polisin qanuni tələbinə əməl etməyərək karantin qaydalarını kobud şəkildə pozması, yol qurğularını qıraraq ərazidən uzaqlaşması cəzasız qalmadı. Məlumata görə onun barəsində həm inzibati qaydada tədbir görülüb, həm də vəzifəsindən uzaqlaşdırılıb. Bu hadisə Şükürovların adı keçən ilk qalmaqallı olay deyildi.
Musavat.com xəbər verir ki, atası “tikinti kralı” kimi tanınan Rəmzi Şükürovun qardaşı və əmisi barədə də dəfələrlə şikayət və narazılıq dolu məlumatlar yayılıb.
Əvvəlcə Rəmzi Şükürovun “tikinti kralı” kimi tanınan atası Əvəz Şükürov haqda...
Əvəz Şükürov Bakının bir çox rayonlarında çoxmərtəbəli binaların tikintisi ilə məşğul olur. Əvəz Şükürovun sabiq MTN generalı Mövlam Şıxəliyevin sağ əli olması, onun dəstəyi altında geniş biznes imkanları əldə etdiyi bildirilir.

Ramiz Şükurov
Məlumata görə Mövlam Şıxəliyevin Azərbaycandakı tikinti və restoran biznesinə Əvəz Şükürov nəzarət edib və bir çox sahələrdə geniş şəkildə ortaqlıqları yaranıb. Mövlam Şıxəliyev Əvəz Şükürovla o qədər yaxın olub ki, hətta ölkə xaricində də biznes yaradıblar. Onların Almaniya və Türkiyədə də evləri var və qonşudurlar.
Mövlam Şıxəliyevin İmişlidə Əvəz Şükürovla olan biznesinə MTN-nin İmişli rayon şöbəsini rəisi Azər Səlimov keşik çəkirmiş.
Əvəz Şükürov İmişlidə Araz çayının sahillərində bir neçə iri karxanaya, iri və xırda buynuzlu fermalara, obyektlərə, zavoda və villalara sahibdir. Bu bizneslərdə Mövlam Şıxəliyevin də pay sahibi olduğu deyilir.
Əvəz Şükürov Mövlam Şıxəliyevin dəstəyi ilə dövlət sifarişlərinin icra edilməsini asanlıqla ələ keçiriblər. Şıxəliyev MTN-də işlədiyi müddətdə tenderlərdən Əvəz Şükürov “qalib” çıxıb.
Şükürovların nəzarətində olan “ORİEN –E” MMC İmişi-Saatlı, İmişli-Kürdəmir və digər magistral yollarının çəkilişləri ilə bağlı tenderlərin də qalibi olub.
Əvəz Şükürovun övladları haqda...
Bunlardan başqa Mövlam Şıxəliyev dostu, biznes ortağı Əvəz Şükürova jest olaraq onun oğlu Bayram Şükürovu MTN-də özünə köməkçi kimi götürüb. Şıxəliyev postunu itirdikdən sonra Bayram Şükürov da nazirlikdən uzaqlaşdırılıb.
Əvəz Şükürovun ikinci oğlu Rəmzi Şükürov Milli Məclis Aparat rəhbəri xidmətinin məsləhətçisi vəzifəsində çalışırdı. Qanunlara əməl etməməsi, polisin qanuni tələbinə məhəl qoymaması onun işdən çıxarılması ilə nəticələndi.
Əvəz Şükürovun övladları zamanında məmur, nazirlik işçisi olsa da, əksər məmurlar kimi özlərini biznes sahələrində yoxlayıblar.
Belə ki, Milli Məclisin işçisi olmuş Rəmzi Şükürov “Azər Treyd R” MMC-nin də təsisçisidir.
Rəmzi Şükürov və atasının adı Nəriman Nərimanov rayonu ərazisində aparılan tiknti zamanı sakinlərin narazılığından sonra da gündəmə gəlmişdi. Rəmzi Şükürovun rəhbərlik etdiyi tikinti şirkəti tikinti standartlarına cavab verməyən bina inşa etdiyi üçün sakinlərlə qalmaqal yaşanmışdı. Sakinlərin şikayəti mətbuatda bir neçə dəfə dərc edilib.
“Tikinti kralı” Əvəz Şükürovun qardaşı Məcnun Şükürovun da adı qalmaqaldan kənar qalmayıb. Məcnun Şükürov “İmişli Pambıq” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri olub. Lakin işdə yol verdiyi nöqsanlara görə kənd təsərrüfatı nazirinin əmri ilə tutuduğu vəzifədən kənarlaşdırılıb.
İ.Muradov
Musavat.com
Qubada səkkiz nəfər qidadan zəhərlənib
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...