"Belə iddialarla çıxış edənlər müxalifət nümayəndələri deyil, pozuculuqla, çaşqınlıq yaratmaqla..." - DİN-dən iddialara daha bir reaksiya
11-04-2020 [15:35]
"Müxalifətdə olan bəzi şəxslər iddia edirlər ki, ölkədə tətbiq edilmiş xüsusi karantin rejimindən sui-istifadə edən polis cəbhəçiləri, müxalifətçiləri və azad media nümayəndələrini müxtəlif bəhanələrlə həbs edir."
Mia.az Report-a istinadla xəbər verir ki, bu sözləri DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.
O, səsləndirilən bu iddiaların qərəzli və şantaj olduğunu bildirib:
"İlk növbədə deyim ki, belə iddialarla çıxış edənlər müxalifət nümayəndələri deyil, pozuculuqla, çaşqınlıq yaratmaqla məşğul olan bir qrup şəxsdir ki, bəziləri ölkənin daxilində, bəziləri isə xaricindədir. Onların məqsədi, niyyəti xüsusi karantin rejimi dövründə ictimaiyyətdə çaşqınlıq, vahimə xofu, təşviş yaratmaq, ən əsası da dövlətin bu istiqamətdə həyata keçirdiyi tədbirləri gözdən salmağa cəhddən başqa bir şey deyil. Nə demələrindən asılı olmayaraq dövlət öz vətəndaşının yanındadır, onun sağlamlığının keşiyindədir. O ki qaldı karantin rejiminə nəzarəti həyata keçirən DİN-in əməkdaşlarının və hərbi qulluqçularının guya bu vəziyyətdən istifadə edərək həmin pozuculara yaxın olan şəxsləri “ovlamaq”larına, bu tamamilə qərəz və şantajdır. Təsəvvür edin ki, təkcə cari ilin mart ayı ərzində xüsusi karantin rejiminin tələblərinin pozulması faktlarına görə 5 cinayət işi üzrə 11 nəfər məsuliyyətə cəlb olunub, 154 nəfər inzibari qaydada həbs edilib, 33 minə yaxın şəxs barəsində digər tənbeh tədbirləri görülüb.
Sual olunur, karantin rejiminin tələblərini pozduğuna görə inzibati qaydada həbs edilmiş 154, barələrində digər tənbeh tədbirləri görülmüş 33 min şəxsdən neçəsi bunların “adamları” olub? Qoy olsun 3 nəfər, 5 nəfər. Bəs qalanları kimdir?
Siyasi baxışlarından, partiya mənsubluğundan asılı olmayaraq onların hamısı bizim vətəndaşlardır. Karantin rejimini pozan şəxsin hansı peşə sahibi olmasının, hansı siyasi partiyanın üzvü olmasının öz şəxsi sağlamlığını risqə qoyaraq nəzarəti həyata keçirən polis əməkdaşı üçün heç bir fərqi yoxdur və o, bunu heç ondan soruşmur da.
Mən əminəm ki, pozucu qrup məkrli planına uyğun olaraq, özünün 3-5 nəfər təəssübkeşi qəsdən qaydaları pozur və buna görə də barələrində tam qanuni inzibati cəza tədbiri görülür və onlar da bundan istifadə edərək hakimiyyətə, polisə qarşı qarayaxma kampaniyası aparırlar. Deməli, xüsusi karantin rejimindən polis deyil, məhz polisi günahlandıran həmin qaragüruh sui-istifadə edir.
Bir daha vurğulayıram ki, əqidəsindən, siyasi partiyalara, ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət, yaxud inzibati xəta törətmiş istənilən şəxs qanun qarşısında bərabərdir və yol verdiyi hüquqazidd əmələ görə də cavabdehlik daşıyır".
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür