Tramp bütün ölkələrdən öz vətəndaşlarını ABŞ-dan çıxarmağı tələb edib 

img

11-04-2020 [11:02]


ABŞ ərazisində olan vətəndaşlarını koronavirus pandemiyası dövründə geri qaytarmaq istəməyən və ya bu məsələni süni şəkildə yubadan dövlətlərə qarşı viza məhdudiyyəti tətbiq edilə bilər.

Ağ Evin mətbuat xidməti xəbər verir ki, müvafiq fərman ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanıb.

Qeyd edək ki, ötən gün ABŞ-da COVID-19 virusunun törətdiyi xəstəlikdən 2 108 nəfər dünyasını dəyişib.

Son məlumata görə, dünyada koronavirusa yoluxanlar 1 699 856 nəfər, ölənlər 102 742 nəfər, sağalanlar isə 376 518 nəfərdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA