ABŞ "Hizbullah" hərəkatının İraqdakı liderinin başına 10 milyon dollar qoydu - Rəsmi bəyanat

img

11-04-2020 [00:17]


Birləşmiş Ştatlar Livanın "Hizbullah" hərəkatının İraqdakı lideri Məhəmməd Kavtarani haqqında informasiya üçün 10 milyon ABŞ dolları məbləğində mükafat vəd verib.

Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Mükafat hərəkatın İraqdakı yüksək vəzifəli komandiri adlandırılan Kavtaranini fəaliyyəti, əlaqələri və tanışları haqqında informasiyanı çatdırana veriləcək.

"Məhəmməd Kavtarani "Hizbullah"ın İraqdakı qüvvələrinin yüksək vəzifəli lideridir. O, daha əvvəl general Qasım Suleymani təşkil etdiyi İranla əlaqəli hərbiləşdirilmiş qruplaşmaların siyasi koordinasiyasını öz üzərinə götürüb", - xəbərdə deyilir. 

Xatırladaq ki, ABŞ İran generalı Qasım Süleymanini yanvarda Bağdadda keçirdiyi xüsusi əməliyyatın gedişatında öldürüb.

Onu da qeyd edək ki, ABŞ "Hizbullah"ı terror təşkilatı hesab edir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA