SPİKER MƏŞHUR BİZNESMENİN OĞLUNU VƏZİFƏDƏN ÇIXARDI - Karantin rejimindəki özbaşınalığa görə

img

10-04-2020 [16:02]


Milli Məclis Aparat rəhbəri xidmətinin məsləhətçisi Rəmzi Şükürov işdən çıxarılıb.

Bu barədə Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, bununla bağlı parlamentin Aparat rəhbəri Səfa Mirzəyev müvafiq əmr imzalayıb.

Qeyd edək ki, R.Şükürov Bakı-Ələt yolundakı karantin postunda polislərin qanuni əmrlərinə tabe olmayaraq yol qurğularını qırıb və maşınla ərazidən uzaqlaşıb/Report.

Onu da qeyd edək ki, R.Şükürov biznesmen, "Tikinti kralı" kimi tanınan Əvəz Şükürovun oğludur

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA