"Koronavirus bioloji müharibə ilə bağlı müzakirələrə yol açıb" - Mərkəz rəhbəri
10-04-2020 [12:11]
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Kanadanın nüfuzlu “Geopolitical Monitor” nəşri üçün COVİD-19 pandemiyasının bitməsindən sonra dünya düzəninin necə dəyişəcəyi və normal həyata qayıdışa dair məqalə yazıb
"Report"un məlumatına görə, məqalədə bildirilib ki, COVID-19 pandemiyası dünyanda böhran yaratdığı bir vaxtda çox sayda ekspertlər ölkələrin və digər aktorların davranışlarında dəyişikliklərin olacağını proqnoz verirlər.
Bəziləri ölkələr arasında sərhədlərin bağlanması ilə qloballaşma təhlükəsinə dair xəbərdarlıq edir, digərlər ksenofobiya, milliyyətçilik və rasizmin yeni dalğasının baş qaldıracağını ehtimal edirlər. Həmçinin qlobal böhran fonunda böyük güclər arasında rəqabətin artacağı proqnozlaşdırılır. Lakin müəllifin fikrincə, dünyanın beynəlxalq əlaqələr sistemində hər hansı köklü dəyişiklər baş verməyəcək.
Müəllif məqalədə COVİD-19 infeksiyası ilə 1918-1919-cu illərdə yayılmış İspan qripi pandemiyasının müqayisəli təhlilini aparır: “Bu pandemiyadan sonra bir sıra ölkələrin milli səhiyyə sisteminin yenidən qurulmasına baxmayaraq beynəlxalq münasibətlər sistemində əsaslı dəyişiklik müşahidə olunmadı. Dünya BMT-nin sələfi olan Millətlər Liqasının yaranmasına və dağılmasına şahid oldu. 1939-1945-ci illərdə daha bir dünya müharibəsi baş verdi. I Dünya Müharibəsi İspan qripinə nisbətən beynəlxalq münasibətlərdə daha çox dəyişiklik yaratdı”.
Müəllif hesab edir ki, koronavirusdan sonrakı dövrdə bəzi ölkələrdə baş qaldıracaq iqtisadi böhran yeni regional münaqişələrə səbəb ola bilər. Lakin bəşəriyyət bu virus və ya digər yoluxma nəticəsində ərzaq çatışmazlığı ilə qarşılaşmadığı müddətdə dünya ciddi şəkildə dəyişməyəcək.
Fərid Şəfiyev qeyd edib ki, ölkələrin bu pandemiya ilə necə mübarizəsinə dair bir sıra müzakirələr aparılır. Bəzi ekspertlər dünyanın gələcəkdə də bu kimi viruslarla qarşılaşa biləcəyini əsas tutaraq COVİD -19 pandemiyasından sonra hansı nəticələrin çıxarılmalı olduğuna diqqət çəkir.
“Görünür, bu böhran xüsusilə virusun ilkin dövrlərində informasiya çatışmazlığı səbəbindən daha da şiddətlənib. Böyük hökumətlər resursların səfərbər olunması və pandemiyanın və iqtisadi böhranın nəticələrinin yüngülləşdirilməsi baxımından daha çox təminatlıdır. Eyni zamanda yüksək səviyyədə səhiyyə sistemi əhalinin daha yaxşı tibbi imkanlardan yararlanması üçün vacibdir”,- deyə müəllif qeyd edir.
F.Şəfiyev hesab edir ki, bu pandemiyadan sonra cəmiyyətlərin “yeni normalar”a keçməsi ilə “normal həyata qayıdış” prosesi başlayacaq. Əksər ölkələrdə siyasi düzən və beynəlxalq əlaqələrin hazırki forması olduğu kimi qalacaq. Eyni zamanda bəzi ölkələr öz səhiyyə sistemlərini və fövqəladə hadisələrə reaksiya imkanlarını daha da təkmilləşdirəcəklər. Təhsil və biznes mühitində onlayn platformalardan istifadə daha da artırılacaq.
Müəllifin fikrincə, BMT, o cümlədən Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı qlobal böhranlar dövründə daha vacib qurumlara çevrilir. Beynəlxalq səhiyyə orqanları, xüsusilə Ümumdünya Səhiyyə Təşkilatının işi, o cümlədən milli səhiyyə sistemləri daha da gücləndirilməlidir.
Məqalədə qeyd olunub ki, COVİD-19 pandemiyası bioloji müharibənin baş verəcəyi ilə bağlı müzakirələrə yol açıb. “Lakin bu ideyalar yeni deyil. Bioloji silahlar I Dünya Müharibəsindən sona qadağan edilib. Bu qadağa 1972 və 1993-cü illərdə bu silahların istehsalı və tədarükünün kriminallaşdırılmasına dair qanunlarla daha da gücləndirilib. COVİD-19-un yayılması onu göstərdi ki, bioloji silah heç bir ölkəyə güzəştə getməz və hətta silahı buraxan ölkəni də yoluxdurar”, -deyə məqalənin müəllifi vurğulayıb.
Sonda Fərid Şəfiyev bildirib ki, bütün hallarda dünya gözlənilən iqtisadi böhranın simasında COVİD-19-un təsirlərini hiss edəcək, lakin bəşəriyyət bu problemlə əvvəllər də qarşılaşıb. Dünya liderləri milliyyətçiliyin növbəti dünya müharibəsinə yol aça biləcəyi səviyyəyə çatmasının qarşısını alacağı təqdirdə bu problem idarə olunan bilər.
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür