"Elə ssenarilər ola bilər ki, bunun hazırlığını indidən görməliyik" - TƏBİB rəhbəri

"Elə ssenarilər ola bilər ki, bunun hazırlığını indidən görməliyik" - TƏBİB rəhbəri

CƏMİYYƏT

08.04.2020, 20:19

"Tibbi ehtiyacları hər cür ssenariyə uyğunlaşdırmaq üçün bir çox göstəricilərə görə Azərbaycan öndədir".

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

R.Bayramlının sözlərinə görə, ayırılmış tibbi müəssisələrində mövcud reanimasiya yataqları və resurslar məlumdur: “Amma elə ssenarilər ola bilər ki, bunun hazırlığını indidən görməliyik. Buna görə modul tipli tibb müəssisələrinin qurulması prosesinə başlanılıb. Qeyd edim ki, bu xəstəxanalar digər xəstəxanaların yaxınlığında olacaq. Məqsəd tibbi ləvazimatların səmərəli istifadəsi üçündür. Modul tipli xəstəxanaların texniki işləri artıq başlanılıb. Kadr resursları ilə bağlı da işlərə başlamışıq. Bu müəssisələrin istifadə olunmaması üçün əlimizdən gələni edəcəyik. Amma vətəndaşlarımız da diqqətli olsunlar"/Report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR