Nazir: "Karantin müddəti uzansa, birdəfəlik ödəmə növbəti aylarda da veriləcək"

img

07-04-2020 [18:43]


Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransı davam edir.

Nazir bildirib ki, karantin müddəti uzandığı halda birdəfəlik ödəmə (190 manat) növbəti aylarda da veriləcək.

Onun sözlərinə görə, hər ailəyə birdəfəlik ödəniş bir dəfə həyata keçiriləcək.

S.Babayev qeyd edib ki, əgər ailədə 2 nəfər varsa və onlar işləmirsə, onlardan biri işsizliyə görə qeydiyyatdan keçə bilər: "Onlardan birinə birdəfəlik ödəniş olunacaq. Bütün ödənişlər nağdsız şəkildə həyata keçiriləcək"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA